Topa yiyələnmək o deməkdir ki, qapıçı topa nəzarət edir. Topun təsadüfən qapıçıdan geri qayıtması istisna olmaqla, əgər qapıçı bədəninin hər hansı hissəsi ilə topa toxunursa, deməli, o, topa nəzarət edir.
Qapıçının meydanın özünə aid hissəsində dörd saniyədən çox topa nəzarət etməsinə icazə verilmir:
öz cərimə meydanında əlləri ilə;
meydanın özünə aid hissəsində ayaqları ilə;
Bütün bu hallarda qapıçıya yaxın olan hakim hər kəsə aydın şəkildə dörd saniyəni saymalıdır.
Bundan əlavə, topa oynadıqdan sonra komanda yoldaşı tərəfindən bilərəkdən ona ötürülən topa rəqib komandanın oyunçuları topa oynamadan və ya toxunmadan meydanın özünə aid hissəsində yenidən toxunmasına icazə verilmir.
Üstəlik, qapıçı komanda yoldaşı tərəfindən bilavasitə yan xətdən oyuna daxil edilən zaman ona ötürülən topa öz cərimə meydanında əli/qolu ilə toxuna bilməz.
Oyunun bərpası