Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


Qapıçılara qarşı edilən qayda pozuntuları



Yüklə 6,76 Mb.
səhifə121/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   117   118   119   120   121   122   123   124   ...   139

Qapıçılara qarşı edilən qayda pozuntuları


Qapıçı əlləri ilə topa nazərət etdikdə rəqib oyunçu ona mane olmamalıdır.
Bu qayda pozuntusu sayılır, əgər:

    • Qapıçıya topu əlindən buraxmağa mane olmaq qayda pozuntusudur, məsələn, o, topu yerə vurarkən;

    • Qapıçı topu əllərinin ovcunda saxlayarkən topa oynamaq və ya topa oynamağa cəhd etmək;

      • Qapıçı topu əlindən buraxmağa çalışarkən topu vuran və ya vurmağa cəhd edən oyunçu təhlükəli oyuna görə cəzalandırılmalıdır;

    • Qapıçının hərəkətini bağlamaq yolu ilə məhdudlaşdırmaq qayda pozuntusudur, məsələn, künc zərbəsi yerinə yetirilərkən.

Hücum edən oyunçunun cərimə meydanında qapıçı ilə fiziki təmas yaratması qayda pozuntusu edildiyi anlamına gəlmir, bir şərtlə ki, hücum edən oyunçu ehtiyatsız, düşüncəsiz şəkildə, yaxud həddən artıq güc tətbiq edərək qapıçının üzərinə hoppanmasın, ona hücum etməsin və ya onu itələməsin.


Oyunun bərpası

Hakimlər, üstünlük tətbiq etmədən, əvvəlki bəndlərdə əks olunan, qapıçıya qarşı edilən qayda pozuntusuna görə oyunu dayandırıbsa, qayda pozulduğu yerdən sərbəst zərbə ilə oyunu bərpa edirlər. İstisna olaraq, əgər hücum edən oyunçu ehtiyatsız və düşüncəsiz şəkildə, yaxud həddən artıq güc tətbiq edərək qapıçının üzərinə hoppanarsa, ona hücum edərsə və ya onu itələyərsə, hakimlər gördükləri intizam tədbirindən asılı olmayaraq, oyunu qaydanın pozulduğu yerdən təyin edilən cərimə zərbəsi ilə bərpa edirlər.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin