Əgər top qapı dirəklərindən birinə və ya tirə toxunaraq qapıya daxil olarsa, qol qeydə alınır;
Əgər top qapı dirəklərindən birinə və ya tirə toxunaraq partlayar və qapıya daxil olmazsa, hakimlər 6 metrlik cərimə zərbəsinin təkrar edilməsinə göstəriş vermirlər, lakin oyunu saxlayırlar və oyun cərimə meydanı xəttinin topun partladığı anda olduğu yerə yaxın nöqtəsindən mübahisəli topla bərpa edilir;
Əgər hakimlər 6 metrlik cərimə zərbəsinin təkrar edilməsinə göstəriş verirlərsə, təkrar zərbə bundan öncə zərbəni yerinə yetirən oyunçu istisna olmaqla, istənilən oyunçu tərəfindən yerinə yetirilə bilər;
Əgər oyunçu 6 metrlik cərimə zərbəsini hakimin işarəsi olmadan yerinə yetirərsə, hakimlər 6 metrlik zərbənin təkrar edilməsinə göstəriş verir və oyunçuya xəbərdarlıq edirlər.