Hakimlərə xatırladılır ki, rəqib oyunçular topun oyuna daxil edildiyi yerə 5 metrdən yaxın ola bilməzlər. Zərurət yaranarsa, hakimlər topun oyuna daxil edilməsindən öncə bu məsafəyə riayət etməyən oyunçuya şifahi xəbərdarlıq etməli və oyunçu bundan sonra da müəyyən edilmiş məsafəyə riayət etmirsə, ona sarı vərəqə göstərməlidirlər. Oyun topun yan xətdən oyuna daxil edilməsi ilə bərpa edilir və əgər artıq başlanmışsa, dörd saniyə yenidən sayılmağa başlayır.
Əgər top yan xətdən oyuna yanlış şəkildə daxil edilmişdirsə, hətta top birbaşa olaraq rəqib oyunçuya gedirsə, hakimlər üstünlük prinsipini tətbiq edə bilməzlər, top əks komanda tərəfindən yan xətdən oyuna daxil edilməlidir.