Texniki zona matç zamanı komandanın rəsmi şəxslərinin, ehtiyat və əvəz edilmiş oyunçularının yerləşməsi üçün ayrılır. Əsasən aşağıdakı tələblərə cavab verməsi şərti ilə müxtəlif arenalarda texniki zonaların ölçüsü və yeri fərqli ola bilər:
Texniki zona ehtiyat oyunçular üçün nəzərdə tutulmuş oturacaqların hər iki tərəfindən 1 m məsafədə və yan xətdən 75 sm məsafədə çəkilmiş xətlərlə məhdudlaşdırılır;
Bu sahənin müəyyən edilməsi üçün xətlərdən istifadə olunmalıdır;
Texniki zonada yerləşməsinə icazə verilən oyunçuların sayı yarışın reqlamenti ilə müəyyən edilir.
Hakimin icazəsi ilə, oyunçunun zədəsini qiymətləndirmək üçün fizioterapevtin/həkimin oyun meydanına daxil olması kimi xüsusi hallar istisna olmaqla, öz yerlərində qalmalıdırlar;
Matç zamanı texniki zonanın arxasında nəzərdə tutulan ehtiyat oyunçuların fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında isinmə hərəkətləri edə biləcəyi müvafiq yer təyin olunur. Əgər belə yer mövcud deyilsə, onlar yan xəttin yaxınlığında, oyunçuların və hakimlərin hərəkətinə mane olmamaq və nəzakətli davranmaq şərti ilə isinmə hərəkətləri edə bilərlər