Partlamış/qüsurlu vəziyyətdə qapıya daxil olmuş top
Əgər top qapı dirəklərindən birinə və ya tirə toxunduqdan sonra partlayaraq və ya qüsurlu vəziyyətə düşərək qapıya daxil olarsa, hakimlər qolu qeydə alır.
Oyunçuların sayı
Oyun iki komandanın iştirakı ilə, qapıçı da daxil olmaqla, hər bir komandada
5 nəfərdən artıq oyunçu olmamaqla keçirilir. Hər hansı komandanın heyətində
3 nəfərdən az oyunçu olarsa, matç başlana və ya davam etdirilə bilməz.
Bir, yaxud bir neçə oyunçunun bilərəkdən oyun meydanını tərk etməsi nəticəsində komandada üç nəfərdən az oyunçu qalmışdırsa, hakim oyunu saxlamağa məcbur deyil və üstünlük prinsipi tətbiq edilə bilər, lakin top oyundan çıxdıqdan sonar əgər komandada oyunçuların sayı 3 nəfərdən azdırsa, hakim oyunu bərpa etməməlidir.
Əgər yarışın reqlamentində bütün - əsas və ehtiyat - oyunçuların başlanğıc zərbəsinə qədər sifariş edilməsinə dair tələb müəyyən olunmuşsa və komanda oyunu beş nəfərdən az oyunçu ilə başlayırsa, bu halda yalnız matçın protokolunda qeyd olunan əsas və ehtiyat oyunçular, onların gəlib çıxmaları müqabilində matçda iştirak edə bilərlər.
Dostları ilə paylaş: |