Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


Əsas və ehtiyat oyunçuların siyahısının təqdimatı



Yüklə 6,76 Mb.
səhifə23/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   139

Əsas və ehtiyat oyunçuların siyahısının təqdimatı

Bütün matçlarda əsas və ehtiyat oyunçuların adları, onların iştirak edib- etməmələrindən asılı olmayaraq, matçın başlamasından öncə hakimlərə təqdim olunmalıdır. Bu vaxt ərzində adı hakimlərə təqdim edilməmiş hər hansı ehtiyat oyunçu matçda iştirak edə bilməz.



  1. Əvəzetmə proseduru

Əvəzetmə, topun oyunda olub-olmamasından asılı olmayaraq, istənilən vaxt yerinə yetirilə bilər. Əsas oyunçunun ehtiyat oyunçu ilə əvəz edilməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

• Futzal Oyun Qaydalarında nəzərdə tutulmuş hallar istisna olmadan əsas oyunçu meydanı öz komandasına aid əvəzetmə zonasından tərk edir

• Əvəz edilən oyunçu meydanı tərk etmək üçün hakimlərdən icazə almamalıdır

• Ehtiyat oyunçu meydana daxil olmaq üçün hakimlərdən icazə almamalıdır

• Ehtiyat oyunçu meydana yalnız əvəz edilən oyunçu meydanı tərk etdikdən sonra daxil ola bilər

• Ehtiyat oyunçu meydana yalnız öz komandasına aid əvəzetmə zonasından daxil ola bilər


  • Önlük əldən-ələ əvəz edilən oyunçuya verdikdən sonra ehtiyat oyunçunun öz komandasına aid əvəzetmə zonasından meydana daxil olması ilə əvəzetmə başa çatır. Futzal Oyun Qaydalarında əks olunmuş hər hansı səbəbdən əvəz edilən oyunçu başqa zonadan meydanı tərk edirsə, bu halda önlük 3-cü hakimə təhvil verilir;

  • Bu andan etibarən ehtiyat oyunçu əsas heyətin oyunçusu olur və əvəz edilmiş oyunçu ehtiyat oyunçuya çevrilir;

  • Ehtiyat oyunçunun meydana daxil olmasına hakimlər tərəfindən müəyyən hallarda icazə verilməyə bilər, məsələn oyunçunun geyimi qaydasında deyilsə;

  • Əvəzetmə prosedurunu yekunlaşdırmamış ehtiyat oyunçu topu yan xətdən oyuna daxil etməklə, künc zərbəsini, 6 və 10 metrlik cərimə zərbəsini yerinə yetirməklə və ya mübahisəli top atışı zamanı və s. oyunu bərpa edə bilməz;

  • Əvəz edilmiş oyunçu matçın sonrakı gedişində iştirak edə bilər;

  • Bütün ehtiyat oyunçular, oynayıb-oynamamalarından asılı olmayaraq, hakimlərin səlahiyyətlərinə və yurisdiksiyasına tabedirlər.




  1. Yüklə 6,76 Mb.

    Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin