Oyunçunun icazəsi olmadan meydana qayıtması
Əgər hər hansı səbəbdən hakimlərin icazəsi ilə meydanı tərk etmiş və ya əvəz edilmiş oyunçu hakimlərin icazəsi olmadan meydana qayıdarsa:
Oyunu saxlayırlar (üstünlük prinsipi tətbiq edilə bilərsə, oyunu dərhal saxlamağa ehtiyac yoxdur);
İcazəsiz meydana daxil olduğu üçün oyunçuya xəbərdarlıq edilir;
Əgər hakimlər oyunu saxlayırsa:
Müdaxilə edildiyi yerdən cərimə zərbəsi ilə;
Müdaxilə olmayıbsa oyun saxlanılan anda topun olduğu yerdən sərbəst zərbə ilə bərpa olunmalıdır;
Oyun epizodunun davamı kimi meydanı məhdudlaşdıran xətti keçən oyunçu, qayda pozuntusu etmiş hesab olunmur.
Dostları ilə paylaş: |