Hər bir qapıçı, digər oyunçulardan və hakimlərdən fərqlənən rəngli geyimdən istifadə etməlidir;
Əgər hər iki qapıçının köynəyinin rəngi eynidirsə və onların heç birində ehtiyat köynək yoxdursa, hakim oyunun başlanmasına icazə verir.
Köynək altlığı - köynəyin qollarının əsas rəngi ilə tək rəngdə olmalıdır və ya köynəyin qolları ilə tamamilə eyni olan naxışa/rəngə malik olmalıdır
Tuman altlığının/tarımlaşdırılmış şalvarın rəngi tumanın və ya tumanın aşağı hissəsinin əsas rəngi ilə eyni olmalıdır – eyni komandanın oyunçuları eyni rəngdən istifadə etməlidirlər.
Yarışların reqlamentində bəzi hallarda texniki zonanda yerləşən komandaların rəsmi şəxsləri meydanda olan oyunçulardan və hakimlərdən fərqlənən rəngdə geyimdən istifadə etməlidirlər.