Şuarlar, ifadələr, şəkillər və reklamlar
Geyimin üzərində hər hansı siyasi, dini və ya fərdi şüarlar, ifadələr, yaxud şəkillər olmamalıdır. Oyunçular siyasi, dini, fərdi şüarlar, ifadələr və ya şəkillər, həmçinin istehsalçının loqosu istisna olmaqla, hər hansı reklam yerləşdirilən alt geyimlərini göstərməməlidirlər. Qeyd edilən qaydaları pozan oyunçu və ya komanda yarışın təşkilatçıları, milli futbol assosiasiyası və ya FIFA tərəfindən cəzalandırılacaq.
Prinsiplər
Qayda 4 əsas heyətin oyunçuları, ehtiyat oyunçular tərəfindən istifadə edilən bütün geyimlərə və avadanlıqlara şamil edilir; onun prinsipləri texniki zonadakı bütün rəsmi şəxslərə şamil edillir.
Aşağıdakılara (adətən) icazə verilir:
oyunçunun nömrəsi, adı, komandanın emblemi/loqosu, futzal oyununu, ehtiramı və bütövlüyü təbliğ edən şüarlar/emblemlər, həmçinin yarışın reqlamenti, yaxud milli assosiasiyanın, konfederasiyanın və ya FIFA-nın qaydaları ilə icazə verilən hər hansı reklam;
oyunun atributları: komandalar, tarix, yarış/tədbir, arena
İcazə verilən şüarlar, ifadələr və ya şəkillər köynəyin qabağında və (yaxud) qol sarğısında yerləşdirilməlidir;
Bəzi hallarda şüar, ifadə və ya şəkil yalnız kapitan sarğısında yerləşdirilə bilər.
Qaydanın yozumu
Şüarın, ifadənin və ya şəkilin icazə verilən olub-olmadığını aydınlaşdırarkən Qayda 12-yə (Qayda Pozuntuları və İntizamsız Davranış) istinad edilməlidir ki, burada hakimin aşağıdakıları etməkdə təqsirkar olan oyunçulara qarşı tədbir görməsi tələb olunur:
təhqiredici, ləyaqətsiz, yaxud qeyri-etik ifadələr işlədərsə və hərəkətlər edərsə;
Qıcıqlandırıcı (əsəbləşdirici), yaxud təhrikedici xarakter daşıyan jestlər və ya hərəkətlər edərsə;
Bu kateqoriyaların hər hansı birinə daxil olan istənilən şüar, ifadə və ya şəkilin istifadəsinə icazə verilmir.
Dini və şəxsi elementlər asanlıqla müəyyən edildiyi halda, siyasi elementlər nisbətən aydın olmur, lakin aşağıdakılara aid olan şüarlar, ifadələr və ya şəkillərin istifadəsinə icazə verilmir:
Sağ və ya vəfat etmiş hər hansı şəxs(lər) (yarışın rəsmi adının tərkib hissəsi olduğu hallar istisna olmaqla);
Hər hansı yerli, regional, dövlət və ya beynəlxalq siyasi partiya/təşkilat/qrup və s.
Hər hansı yerli, regional və ya dövlət hökumət, yaxud onun hər hansı şöbəsi, idarəsi və ya bölməsi fəaliyyəti ayrıseçkilik ifadə edən hər hansı təşkilat;
Diskriminasiya/Ayrı-seçkilik edən hər hansı bir təşkilat/qrup və s.
Məqsədi/fəaliyyəti kifayət sayda insanı təhqir edə biləcək hər hansı təşkilat;
Hər hansı xüsusi siyasi əməl/tədbir;
Dövlət əhəmiyyətli və ya beynəlxalq tədbirin təntənəli şəkildə qeyd edilməsi zamanı rəqib komandanın (habelə onun tərəfdarlarının) və ümumi ictimaiyyətin həssas cəhətləri diqqətlə nəzərə alınmalıdır.
Yarışın reqlamentində xüsusi ilə icazə verilən şüarların, ifadələrin və şəkillərin ölçüsü, sayı və yeri ilə əlaqədar əlavə məhdudiyyətlər müəyyən edilə bilər. Şüarlara, ifadələrə və ya şəkillərə dair mübahisələrin matçın/yarışın başlanmasından əvvəl həll edilməsi tövsiyə edilir.
Dostları ilə paylaş: |