Bu Qaydanın hər hansı şəkildə pozulmasına görə, bir şərtlə ki, təhlükə daşımırsa, oyunun saxlanılmasına ehtiyac yoxdur və oyunçuya:
Geyimini qaydaya salmaq üçün hakim tərəfindən oyun meydanını tərk etmək göstərişi verilir;
Top növbəti dəfə oyundan çıxdıqda, əgər oyunçu geyimini hələ də qaydaya salmayıbsa, o, meydanı tərk edir;
Geyimini qaydaya salmaq və ya dəyişmək üçün oyun meydanını tərk etmiş oyunçu:
Meydana qayıtmazdan əvvəl onun geyimi hakimlərin biri tərəfindən yoxlanılmalıdır;
Yalnız baş hakimin icazəsi ilə meydana qayıda bilər;
İcazəsiz meydana daxil olan oyunçuya xəbərdarlıq edilməlidir və əgər oyun xəbərdarlıq etmək üçün saxlanılmışdırsa, oyun saxlanılan anda topun olduğu yerdən sərbəst zərbə təyin edilir. Əgər oyuna müdaxilə olmuşdursa, müdaxilənin olduğu yerdən cərimə zərbəsi (və ya 6 metrlik zərbə) təyin edilir.
Dostları ilə paylaş: |