Oyunçuların nömrəsi
Yarışın reqlamentində oyunçuların nömrələnmə qaydası göstərilməlidir, bu, adətən, 1-dən 15-ə qədər olur və 1 nömrə qapıçı üçün nəzərdə tutulur.
Yarışın təşkilatçıları nəzərə almalıdırlar ki, hakimlər üçün 15-dən yuxarı nömrələri işarə vermək qeyri mümkündür.
Hər bir oyunçunun nömrəsi onun köynəyinin kürəyində aydın şəkildə görünməli və köynəyin əsas rəngindən seçilməlidir. Yarışın reqlamentində əsas geyimin üzərində qeyd edilən nömrələrin ölçüsü, əks olunan yerlər və olub/olmaması mütləq göstərilir; habelə oyunçuların digər əsas geyimlərin üzərində əks olunan nömrələrin ölçüsü, əks olunan yerlər və olub/olmadığı qeyd olunmalıdır.
Dostları ilə paylaş: |