QAYDA 6 – OYUNUN DİGƏR RƏSMİ ŞƏXSLƏRİ(HAKİMLƏRİ)
Köməkçi hakimlər
Futzal Oyun Qaydalarına uyğun olaraq vəzifələrini yerinə yetirməli olan iki köməkçi hakim (üçüncü hakim və xronometrajçı) təyin edilə bilər. Onlar meydandan kənarda, mərkəz xətti ilə eyni xətdə, meydanın əvəzetmə zonaları olan tərəfində yerləşməlidirlər. Üçüncü hakim öz vəzifələrini oturaq şəkildə və ya ayaq üstə, xronometrajçı isə öz masasında oturaq vəziyyətdə yerinə yetirir.
Toplanmış qayda pozuntularının xronometrajını aparmaq üçün xronometrajçı və üçüncü hakim yarışı təşkil edən assosiasiya və ya klub tərəfindən müvafiq xronometr və zəruri avadanlıqla təchiz edilməlidir.
Öz vəzifələrini düzgün şəkildə yerinə yetirmək üçün onlar xronometrajçı masası ilə təchiz edilməlidirlər.
Dostları ilə paylaş: |