Oyunun davamiyyətinin Qayda 7-yə uyğun aparılmasını təmin edir, o cümlədən:
Oyun düzgün başlayan zaman saatı (xronometri) işə salır;
Top oyunda olmayan zaman saatı (xronometri) dayandırır;
Yan xətdən, qapıdan, künc zərbəsindən, başlanğıc zərbəsindən, cərimə zərbəsindən, 6 metrlik cərimə zərbəsindən, 10 metrlik cərimə zərbəsindən və mübahisəli top oyuna daxil olduqda saatı (xronometri) işə salır;
Vurulan qollar, toplanmış cərimələr və oyunun hissəsi haqqında məlumatları tabloda (mövcuddursa) əks etdirir;
Hakimlərin istifadə etdiyi fitdən fərqli bir fit və ya akustik siqnal vasitəsi ilə üçüncü hakimdən və ya meydanda olan hakimlərdən biri tərəfindən məlumat aldıqdan sonra, komandanın bir dəqiqəlik fasilə istəyi barədə işarə edir;
Hakimlərin istifadə etdiyi fitdən fərqli bir fit və ya akustik siqnal vasitəsi ilə bir dəqiqəlik fasilə müddətinin sona çatdığıını işarə edir;
Üçüncü hakim tərəfindən məlumatlandırıldıqdan sonra, hakimlərin istifadə etdiyi fitdən fərqli bir fit və ya akustik siqnal vasitəsi ilə komanda tərəfindən beşinci toplanmış qayda pozuntusunun edildiyini işarə edir;
Oyunçunun iki dəqiqəlik qovulma müddətinə nəzarət edir;