Pozuntular və cəzalar
Əgər başlanğıc zərbəsini yerinə yetirən oyunçu, topa, digər oyunçunun toxunmasından əvvəl yenidən ayaqla toxunarsa sərbəst zərbə, topa əllə oynayarsa cərimə zərbəsi təyin olunur.
Başlanğıc zərbəsi proseduru hər hansı digər şəkildə pozularsa, başlanğıc zərbəsi təkrar olunur.
2 Mübahisəli top Prosedur
Top cərimə meydanında müdafiə olunan komandanın qapıçısı üçün yerə atılır, əgər oyun saxlanılan zaman:
Top cərimə meydanında olmuşdur və ya
Topa sonuncu toxunuş cərimə meydanında olmuşdur;
Digər bütün hallarda, hakim topu, onun sonuncu dəfə oyunçuya, kənar əşyaya və yaxud, matçın hakimlərindən birinə toxunduğu yerdə, topa sonuncu dəfə toxunmuş komandanın bir oyunçusu üçün yerə atır;
Digər bütün oyunçular (hər iki komandanın) topun oyuna daxil edilməsinə qədər topdan ən azı 2 m məsafədə olmalıdırlar;
Top yer səthinə toxunduqda oyunda hesab olunur.
Dostları ilə paylaş: |