Pozuntular və cəzalar
Mübahisəli top yenidən atılır:
Top yer səthinə toxunmazdan əvvəl oyunçu topa toxunarsa;
Top yer səthinə toxunduqdan sonra heç bir oyunçuya toxunmadan meydanı tərk edərsə;
Əgər mübahisəli top atılarkən top ən azı iki oyunçuya toxunmadan qapıya daxil olarsa:
Əgər top rəqib komandanın qapısına daxil olarsa, qapıdan zərbə təyin edilir;
Əgər top komandanın öz qapısına daxil olarsa, küncdən zərbə təyin edilir.
Lakin, top qapıya daxil olan zaman ən azı iki oyunçuya toxunmadan və komandaya aid olmayan kənar səbəbdən/müdaxilədən (məsələn hava şəraiti, topun yanlış istiqamətdə yer səthinə düşməsi) baş veribsə - mübahisəli top yenidən atılır.
QAYDA 9 – TOP OYUNDA OLDUQDA VƏ OLMADIQDA
Top oyunda deyil
Top oyundan çıxmış hesab edilir:
Top qapı xəttini, yaxud yan xətti yerlə və ya hava ilə tam keçirsə;
Oyun hakim tərəfindən saxlanılırsa;
Tavana dəyirsə;
Top matçın hakimlərindən birinə toxunduqdan sonra oyun meydanında
qalır və:
Komanda perspektivli hücuma başlayırsa;
Top birbaşa qapıya istiqamətlənirsə;
Top digər komandanın nəzarətinə keçirsə;
Bütün bu hallarda, oyun mübahisəli topla bərpa olunur.
Dostları ilə paylaş: |