Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə56/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   52   53   54   55   56   57   58   59   ...   139

Top oyundadır

Topun oyunun hakimlərinə toxunduğu və qapı dirəyindən, qapı tirindən qayıdaraq meydanda qaldığı bütün digər hallarda top oyunda hesab edilir.



  1. Örtülü meydan

Tavanın minimal hündürlüyü yarışın reqlamentində göstərilməlidir.


Əgər top oyunda olduğu zaman tavana toxunarsa, oyun topa sonuncu toxunan komandaya rəqib komanda tərəfindən topun yan xətdən oyuna daxil edilməsi ilə bərpa edilir. Top meydana yan xəttin, topun tavana toxunduğu yerə yaxın nöqtəsindən daxil edilir.

QAYDA 10 – OYUNUN NƏTİCƏSİNİN MÜƏYYƏN ETMƏSİ





  1. Qolun vurulması

Top qapı xəttini dirəklərin arasından və tirin altından tam keçibsə, qol qeydə alınır, bir şərtlə ki, daha əvvəl qol vuran komanda qaydaları pozmamış olsun.


Top qapı xəttini keçən zaman ,qapı təsadüfən və ya qəsdən müdafiə olunan komanda (qapıçı daxil olmaqla) tərəfindən qismən və ya tam yerindən tərpədilsə və ya aşırdılsa, hakimlər qapının mövqeyini normalda olduğunu kimi nəzərə alır, topun qapı xəttini dirəklərin arasından və tirin altından tam keçən kimi təsdiq edərlərsə (necə Qayda 1 nəzərdə tutulub), qol qeydə alınır. Əgər qapının yerdəyişməsi və ya aşması qəsdən olubsa, qaydanı pozan oyunçuya xəbərdarlıq edilir.
Qapıçı da daxil olmaqla hücum edən komandanın oyunçusu qapını yerindən tərpədərsə və ya aşırdarsa, hakimlər qolu ləğv edir. Bu qəsdən edilmişdirsə, oyunçuya xəbərdarlıq edilməlidir.
Əgər hücum edən komandanın qapıçısı öz cərimə meydanı daxilindən topu əli ilə və ya qolu ilə bilərəkdən rəqib qapıya atırsa və top heç bir oyunçuya toxunmadan qapıya daxil olursa, qol qeydə alınmır, oyun əks komanda tərəfindən topun qapıdan oyuna daxil edilməsi ilə bərpa edilir, yarışın reqlamentində qeyd olunan istisna hallarda, gənclər, veteranlar, həvəskarlar və fiziki imkanları məhdud oyunçular üçün topu oyuna daxil edərkən birbaşa mərkəz xəttini keçməsi daxili qaydalarla qadağan olunarsa, oyun sərbəst zərbə ilə topun mərkəz xəttini keçdiyi nöqtədən yerinə yetirilir.



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin