Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


metrlik nöqtədən yerinə yetirilən zərbələr



Yüklə 6,76 Mb.
səhifə58/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   54   55   56   57   58   59   60   61   ...   139

6 metrlik nöqtədən yerinə yetirilən zərbələr

6 metrlik nöqtədən yerinə yetirilən zərbələr oyun başa çatdıqdan sonra həyata keçirilir və başqa hal nəzərdə tutulmayıbsa, müvafiq Oyun Qaydaları tətbiq olunur.


Oyun başa çatdıqdan sonra 6 metrlik nöqtədən yerinə yetirilən zərbələr - oyunun tərkib hissəsi sayılmır.


Prosedur


6-metrlik nöqtədən yerinə yetirilən zərbələrdən əvvəl

  • Başqa halları (meydanın vəziyyəti, təhlükəsizlik, tv - kameraların meydanda yerləşdiyi yer və s.) nəzərə almaq tələb olunmursa, hakim zərbələrin hansı qapıya vurulmasına qərar vermək üçün püşk atır;

  • Hakim kapitanlar arasında yenidən püşkatma keçirir və püşkü udan komanda zərbəni birinci, yaxud ikinci yerinə yetirəcəyini seçir;

  • Oyunu davam etdirmək iqtidarında olmayan zədələnmiş və ya qovulmuş oyunçular istisna olmaqla, matçın sonunda oyun meydanında olan əsas və ehtiyat oyunçular 6 metrlik nöqtədən zərbə yerinə yetirmək hüququna malikdir;

  • Zərbələri yerinə yetirmək üçün oyunçuların seçilməsinə və zərbələrin hansı ardıcıllıqla yerinə yetirilməsinə hər bir komanda özü cavabdehdir. Hakimləri ardıcıllıq barədə məlumatlandırmaq tələb olunmur;

  • Matçın və ya əlavə vaxtın sonunda və zərbələrdən əvvəl, rəqibinə nisbətən heyətində daha çox oyunçu olan komanda oyunçuların sayını rəqiblə bərabərləşdirmək üçün oyunçuların sayına ixtisar etməlidir və ixtisar edilən oyunçunun soyadı və nömrəsi hakimə bildirilməlidir. Heyətdən çıxarılan hər hansı oyunçu zərbələrin yerinə yetirilməsində iştirak edə bilməz (aşağıda göstərilmiş hal istisna olmaqla);



  • Zərbələrin yerinə yetirilməsi zamanı və ya ondan əvvəl qapıçı oyuna davam etmək iqtidarında olmazsa, o, ehtiyat oyunçu ilə, yaxud oyunçuların sayını bərabərləşdirmək üçün heyətdən çıxarılmış oyunçu ilə əvəz edilə bilər, lakin bundan sonra zərbələrin yerinə yetirilməsində iştirak edə bilməz, həmçinin zərbə yerinə yetirə bilməz;

  • Əgər qapıçı artıq zərbəni yerinə yetirmişsə, onu əvəz edən oyunçu zərbələrin növbəti dövrəsi başlayana qədər zərbə yerinə yetirə bilməz.



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin