6 metrlik nöqtədən yerinə yetirilən zərbələr zamanı
Yalnız zərbə vurmaq hüququ olan oyunçuların, matçın hakimlərinin və oyunun digər rəsmi şəxslərinin (digər hakimlər) meydanda qalmasına icazə verilir;
Zərbəni yerinə yetirən oyunçu və hər iki qapıçı istisna olmaqla zərbə vurmaq hüququna malik bütün oyunçular meydanın digər yarısında dayanmalıdırlar;
Zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşı olan qapıçı əvəzetmə zonalarının və ikinci hakimin əks tərəfində, 6 metrlik nöqtə ilə eyni xətdə və ondan ən azı 5 m məsafədə dayanmalıdır;
Top hərəkətini dayandırdıqda, oyundan çıxdıqda və ya hakim oyunu hər hansı qayda pozuntusuna görə saxladıqda, zərbə tamamlanmış hesab olunur; zərbəni yerinə yetirən oyunçu ikinci dəfə topa oynaya bilməz;
Hakim yerinə yetirilən zərbələri qeydə alır;
Əgər qapıçı qayda pozuntusu törədirsə və nəticədə zərbə təkrar edilirsə, qapıçıya xəbərdarlıq edilməlidir;
Hakim 6 metrlik zərbənin yerinə yetirilməsi üçün işarə verdikdən sonra, oyunçu qayda pozuntusu edərsə, zərbə qol ilə nəticələnməyən zərbə kimi qeydə alınır və oyunçuya xəbərdarlıq edilir;
Əgər qapıçı və zərbəni yerinə yetirən oyunçu eyni vaxtda qayda pozuntusu törədərsə:
Zərbə qolla nəticələnməzsə, zərbə təkrarlanır və hər iki oyunçuya xəbərdarlıq edilir;
Əgər zərbə qol olarsa, qol ləğv edilir, zərbə qol ilə nəticələnməyən zərbə kimi qeydə alınır və zərbəni yerinə yetirən oyunçuya xəbərdarlıq edilir;
Əgər 6 metrlik zərbələr zamanı, bir komandanın oyunçularının sayı azaldılırsa, daha çox oyunçusu olan komanda oyunçularının sayını rəqib ilə eyni saya qədər azalda bilər və hakimlər xaric edilən hər bir oyunçunun adı və nömrəsi barədə məlumatlandırılmalıdır. Hər hansı xaric edilmiş oyunçu sonrakı zərbələrdə iştirak etmək hüququna malik deyil (müəyyən hallar istisna olmaqla);