"Gənclər, veteranlar, həvəskarlar və fiziki imkanları məhdud oyunçular üçün topun mərkəz xəttini keçməsi qadağan olunduğu yerlərdə əgər qapıçı topu oyuna daxil edərkən birbaşa mərkəz xəttinin üzərindən atarsa, rəqib komandanın lehinə sərbəst zərbə təyin olunur və zərbə topun mərkəz xəttini keçdiyi nöqtədən yerinə yetirilir".
Bu məhdudiyyətlərin arxasında duran əsas məqsəd yaradıcı futzalı təbliğ etmək və texniki inkişafı həvəsləndirməkdir.
Milli futbol assosiasiyalardan yuxarıda göstərilən bütün dəyişikliklərin istifadəsi, hansı səviyyədə və xüsusilə də nəyə görə istifadə olunduğunun səbəbi (səbəbləri) haqqında FIFA- ya məlumat vermələri istənilir ki, bu məlumatlar FIFA-nın digər milli futbol assosiasiyaları tərəfindən futzalın inkisafına dəstək məqsədilə paylaşa biləcəyi inkişaf strategiyalarını müəyyən edir.
FIFA, həmçinin kütləviliyi artıra bilən, futzalı daha cəlbedici edən və onun inkişafını bütün dünyada sürətləndirən digər potensial modifikasiyalar barədə fikirləri eşitməkdə maraqlıdır.