Rəqibi qoldan və ya aşkar qol vurmaq imkanından məhrum etmək (DOGSO)
Əgər oyunçu topa əl ilə oynayaraq rəqib komandanı qoldan və ya aşkar qol vurmaq imkanından məhrum edərsə, qayda pozuntusunun harada baş verməsindən asılı olmayaraq, oyunçu meydandan qovulur.
Əgər oyunçu öz cərimə meydanında rəqibi aşkar qol vurmaq imkanından məhrum edən qayda pozuntusu edərsə, hakim 6 metrlik zərbə təyin edir və əgər qayda pozuntusu topa oynamağa cəhd nəticəsində baş vermişsə, oyunçuya xəbərdarlıq edilir; bütün digər hallarda (məs., tutma, dartma, itələmə, topa oynamaq imkanının olmaması və s.) oyunçu meydandan qovulmalıdır.
Hakimin lazımi icazəsi olmadan oyun meydanına daxil olan, oyuna müdaxilə edən və rəqibi qoldan və ya aşkar qol vurmaq imkanından məhrum edən əsas heyətin oyunçusu, qovulmuş oyunçu, ehtiyat oyunçu və ya komandanın rəsmi şəxsi, qovulma ilə cəzalandırılan qayda pozuntusu etməkdə təqsirli bilinir.
Rəqibi qoldan və ya aşkar qol vurmaq imkanından məhrum etmək qərarı verərkən hakimlər aşağıdakı halları nəzərə almalıdırlar:
Qayda pozuntusunun yeri və qapı arasındakı məsafə;
Hücumun əsas istiqaməti;
Topa nəzarətin davam etdirilməsi və ya ələ keçirilməsi ehtimalı;
Müdafiə olunan oyunçuların və qapıçının yeri və sayı;
Qapı ”müdafiəsizdir” ( qorunub ya qorunmadığı);
Əgər qapıçı öz qapısının önündə dayanır və qapını qoruyursa, DOGSO üçün bütün kriteriyalar uyğun gəlsə belə bu qayda pozuntusu DOGSO kimi dəyərləndirilmir.
Əgər qapıçı öz qapısı müdafiəsiz olduğu zaman və ya ancaq bir müdafiə olunan komandanın oyunçusu tərəfindən qorunduğu zaman cərimə meydanı xaricində topa əl ilə toxunaraq rəqibi qoldan və ya aşkar qol vurmaq imkanından məhrum edərsə, DOGSO qayda pozuntusu etməkdə təqsirli bilinir.
Əgər hücum edən komandanın oyunçularının sayı müdafiə olunan komandanın qapını qoruyan oyunçularının (qapıçı istisna olmaqla) sayından çox olarsa, bu epizod DOGSO kimi dəyərləndirilir.
Dostları ilə paylaş: |