Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə72/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   68   69   70   71   72   73   74   75   ...   139
Ciddi qayda pozuntu

Top oyunda olduqda onun uğrunda mübarizə zamanı rəqibinə qarşı həddən artıq güc və ya amansızlıqdan istifadə edən oyunçu ciddi qayda pozuntusunda təqsirkar hesab edilir.


Top uğrunda mübarizədə bir və ya hər iki ayağından istifadə etməklə rəqibinə öndən, yandan və ya arxadan həddən artıq güc işlətməklə hücum edən və onun sağlamlığına təhlükə yaradan hər hansı oyunçu ciddi qayda pozuntusunda təqsirkar hesab edilir.

Təcavüzkar davranış

Təcavüzkar davranış o deməkdir ki, oyunçu topa oynamağa cəhd göstərmədən, kontaktın olub-olmamasından asılı olmayaraq, rəqibə, komanda yoldaşına, komandanın rəsmi şəxsinə, matçın hakimlərinə, tamaşaçılara və ya hər hansı digər şəxsə qarşı həddən artıq güc və kobudluqdan istifadə edir və ya istifadə etməyə cəhd edir.


Təcavüzkar davranış, topun oyunda olub-olmamasından asılı olmayaraq, meydanda və ya meydandan kənarda baş verə bilər.
Aşkar qol vurmaq imkanının yarandığı hallar istisna olmaqla təcavüzkar davranış zamanı üstünlük prinsipi tətbiq edilməməlidir. Top növbəti dəfə oyundan çıxdıqda hakimlər təcavüzkar davranışda təqsirkar olan oyunçunu meydandan qovmalıdırlar.
Hakimlərə xatırladılır ki, təcavüzkar davranış çox vaxt kütləvi qarşıdurmaya səbəb olur; ona görə də hakimlər sərt müdaxilə etməklə bunun qarşısını almağa çalışmalıdırlar.
Təcavüzkar davranışda təqsirkar olan əsas və ya ehtiyat oyunçu qovulmalıdır.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin