Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


Komandanın rəsmi şəxsləri



Yüklə 6,76 Mb.
səhifə73/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   69   70   71   72   73   74   75   76   ...   139
Komandanın rəsmi şəxsləri
İntizamsız davranış baş vermiş və təqsirkarı müəyyən etmək mümkün deyilsə, sanksiya texniki zonada olan baş məşqçiyə tətbiq edilir.



Şifahi xəbərdarlıq

Aşağıdakı intizamsız davranışlar adətən şifahi xəbərdarlıqla nəticələnməlidir; təkrarlanan və ya aşkar intizamsız davranışlar xəbərdarlıq və ya qovulma ilə nəticələnməlidir:



  • Ehtiramla/qarşıdurma yaratmayacaq şəkildə oyun meydanına daxil olmaq;

  • Oyunun rəsmi şəxsləri (hakimlərlə) ilə əməkdaşlıq etməmək, məsələn, hakimin köməkçisi və ya dördüncü hakim tərəfindən verilən göstərişə/tələbə məhəl qoymamaq;

  • Verilmiş qərara əhəmiyyətsiz dərəcədə narazılıq etmək (sözlə və ya hərəkətlə);

  • Başqa bir intizamsız davranış etməyərək, vaxtaşırı texniki zonanı tərk etmək;


Xəbərdarlıq

Xəbərdarlıqla cəzalandırılan davranışlar aşağıdakılardır (lakin bunlarla məhdudlaşmır):



    • Öz texniki zonasının sərhədlərini aşkar/sistematik şəkildə pozmaq;

    • Öz komandası tərəfindən oyunun bərpasını ləngitmək;

    • Bilərəkdən rəqib komandanın texniki zonasına daxil olmaq (qarşıdurma yaratmayacaq şəkildə);




  • Sözlə, yaxud hərəkətlə etiraz, habelə:

      • Su qablarını və ya digər əşyaları əllə/ayaqla atmaq;

      • Matçın hakim(lər)inə aşkar hörmətsizlik ifadə edən hərəkətlər, məsələn, kinayəli alqış;

  • Təkidlə sarı və ya qırmızı vərəqənin göstərilməsini tələb etmək;

  • Təhrikedici və ya əsəbləşdirici xarakter daşıyan jestlər və ya hərəkətlər etmək;

  • Ardıcıl yolverilməz davranış (habelə şifahi xəbərdarlıqla nəticələnən pozuntuların təkrarlanması);

  • Oyuna münasibətdə hörmətsizlik göstərmək;


Qovulma

Qovulma ilə cəzalandırılan davranışlar aşağıdakılardır (lakin bunlarla məhdudlaşmır):



  • Rəqib komanda tərəfindən oyunun bərpa edilməsini ləngitmək, məsələn, topu özündə saxlamaq, topu uzağa vurmaq, oyunçunun hərəkətini əngəlləmək;

  • Aşağıdakı məqsədlərlə texniki zonanı tərk etmək:

      • Matçın hakimlərinə qəti etirazını bildirmək;

      • Təhrikedici və ya əsəbləşdirici xarakter daşıyan hərəkətlər etmək;

  • Aqressiv və ya qarşıdurma yaradacaq şəkildə rəqib komandanın texniki zonasına daxil olmaq;

  • Oyun meydanına əllə/ayaqla bilərəkdən əşya atmaq;

  • Aşağıdakı məqsədlərlə oyun meydanına daxil olmaq:

      • Matçın hakimləri ilə qarşıdurma yaratmaq (fasilə zamanı və ya matçın sonunda);

      • Oyuna müdaxilə etmək, rəqib oyunçuya və ya matçın hakiminə mane olmaq;

  • Rəqib komandanın əsas heyət oyunçusuna, ehtiyat oyunçusuna, rəsmi şəxsinə, matçın hakimlərinə, tamaşaçılara və ya hər hansı digər şəxsə (məs., topdaşıyanlar, təhlükəsizlik əməkdaşı və ya yarışın rəsmi şəxsi və s.) qarşı fiziki və ya aqressiv davranış (habelə tüpürmə və dişləmə);

  • Eyni oyun ərzində ikinci xəbərdarlıq almaq;

  • Təhqiredici, ləyaqətsiz, yaxud qeyri-etik ifadələr işlətmək və hərəkətlər etmək;

  • İcazə verilməyən elektron və ya rabitə avadanlığından istifadə etmək və (yaxud) elektron və ya rabitə avadanlığından istifadə nəticəsində yolverilməz davranışa yol vermək;

  • Təcavüzkar davranış;



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin