Əşya (yaxud top) atılarkən qayda pozuntuları
Bütün hallarda, hakim müvafiq intizam tədbiri görməlidir:
Əgər qayda pozuntusu düşüncəsiz şəkildə edilmişdirsə - oyunçuya qeyri-idman hərəkətinə görə xəbərdarlıq edilməlidir;
Əgər qayda pozuntusu həddən artıq güc işlədilməklə edilmişdirsə - oyunçu təcavüzkar davranışa görə qovulmalıdır;
Qayda pozuntuları və intizamsız davranışdan sonra oyunun bərpası
Əgər top oyunda deyilsə, oyun öncəki qərara uyğun olaraq bərpa olunur.
Əgər top oyundadırsa və oyunçu oyun meydanında fiziki qayda pozuntusu edirsə:
Qayda pozuntusu rəqibə qarşıdırsa – sərbəst zərbə, cərimə zərbəsi və ya 6 metrlik zərbə təyin edilir;
Qayda pozuntusu komanda yoldaşına, ehtiyat oyunçuya və ya qovulmuş oyunçuya, komandanın rəsmi şəxsinə və ya matçın hakimlərinə qarşıdırsa – cərimə zərbəsi və ya 6 metrlik zərbə təyin edilir;
Hər hansı digər şəxsə qarşıdırsa – “mübahisəli top” atılır
Bütün şifahi qayda pozuntuları sərbəst zərbə ilə cəzalandırılır.
Top oyunda olduqda, əgər:
Oyunçu matçın hakiminə (oyunun rəsmi şəxslərinə) və ya rəqibin əsas oyunçusuna, ehtiyat oyunçusuna və ya qovulmuş oyunçusuna, yaxud komandanın rəsmi şəxsinə qarşı oyun meydanından kənarda qayda pozuntusu törədərsə;
Ehtiyat oyunçu və ya qovulmuş oyunçu, yaxud komandanın rəsmi şəxsi rəqib komandanın oyunçusuna və ya matçın hakimlərinə (oyunun rəsmi şəxslərinə) qarşı qayda pozuntusu edərsə və ya oyun meydanından kənarda onlara müdaxilə edərsə;
Oyun, qayda pozuntusunun/müdaxilənin baş verdiyi nöqtəyə yaxın olan məhdudlaşdırıcı xətt üzərində təyin edilən cərimə/sərbəst zərbə ilə bərpa olunur; əgər bu, qaydanı pozan oyunçunun cərimə meydanı daxilində baş vermiş və cərimə zərbəsi ilə cəzalandırılan qayda pozuntusudursa, 6 metrlik zərbə təyin edilir.
Əgər əsas heyətin oyunçusu tərəfindən edilən qayda pozuntusu oyun meydanından kənarda öz komandasının əsas heyət oyunçusuna, ehtiyat oyunçusuna, əvəz edilmiş oyunçusuna və ya rəsmi şəxsinə qarşı edilərsə, oyun məhdudlaşdırıcı xəttin üzərində qayda pozuntusunun baş verdiyi yerə yaxın nöqtədən yerinə yetirilən sərbəst zərbə ilə bərpa olunur.
Əgər oyunçu əlində tutduğu hər hansı əşya ilə (idman ayaqqabısı, baldır qoruyucusu və s.) topa toxunarsa, oyun cərimə zərbəsi (və ya 6 metrlik zərbə) ilə bərpa olunur.
Əgər oyun meydanında və ya ondan kənarda olan oyunçu rəqibin əsas heyət oyunçusuna əllə və ya ayaqla əşya (matçın topu istisna olmaqla) atarsa və yaxud rəqibin ehtiyat oyunçusuna və ya qovulmuş oyunçusuna, rəsmi şəxsinə və ya matçın hakimlərinə (oyunun rəsmi şəxslərinə) və ya matçın topuna əllə və ya ayaqla əşya (həmçinin top) atarsa, oyun əşyanın insana və ya topa dəydiyi, yaxud dəyə biləcəyi yerdən cərimə zərbəsi ilə bərpa olunur. Əgər həmin yer oyun meydanından kənardadırsa, məhdudlaşdırıcı xəttin ən yaxın nöqtəsindən cərimə/sərbəst zərbə təyin edilir; əgər bu, qaydanı pozan komandanın cərimə meydanında baş vermişsə, 6 metrlik zərbə təyin edilir.
Əgər ehtiyat oyunçu və ya qovulmuş oyunçu, müvəqqəti olaraq oyun meydanından kənarda olan əsas heyətin oyunçusu və ya komandanın rəsmi şəxsi əli və ya ayağı ilə oyun meydanına əşya atarsa və həmin əşya oyuna, rəqibə və ya matçın hakimlərinə (oyunun rəsmi şəxslərinə) mane olarsa, oyun əşyanın oyuna müdaxilə etdiyi və ya onun rəqibə, matçın hakimlərinə (oyunun rəsmi şəxslərinə) və ya topa dəydiyi, yaxud dəyə biləcəyi yerə yaxın olan məhdudlaşdırıcı xətt üzərindən yerinə yetirilən cərimə zərbəsi (və ya 6 metrlik zərbə) ilə bərpa edilir.
Dostları ilə paylaş: |