Bunlar Qayda 12-də göstərildiyi kimi cərimə zərbəsi və ya 6 metrlik cərimə zərbəsi ilə cəzalandırılan qayda pozuntularıdır;
Hər bir hissə ərzində hər bir komanda tərəfindən edilən toplanmış qayda pozuntuları matçın protokolunda qeyd edilir;
Əgər komanda daha əvvəl beş toplanmış qayda pozuntusu etməmişsə və rəqib komanda qol vurmaqdan və ya aşkar qol vurmaq imkanından məhrum edilmirsə, hakimlər üstünlük prinsipini tətbiq edərək oyunun davam etməsinə imkan verə bilərlər;
Əgər üstünlük prinsipi tətbiq edilərsə, hakimlər mütləq topun oyundan çıxmasından dərhal sonra xronometrajçıya və üçüncü hakimə toplanmış qayda pozuntusu barədə işarə verirlər;
Əgər əlavə vaxt təyin edilərsə, ikinci hissə ərzində toplanmış qayda pozuntularının toplanması davam etdirilir;