Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə83/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   79   80   81   82   83   84   85   86   ...   139

1 Prosedur


Top 6 metrlik nöqtənin üzərində hərəkətsiz vəziyyətdə olmalı, həmçinin qapı dirəkləri, qapı tiri və qapı toru hərəkət etməməlidir.
Zərbəni yerinə yetirən oyunçu aşkar şəkildə müəyyən edilməlidir.

Müdafiə olunan komandanın qapıçısı, zərbə yerinə yetirilənə qədər qapı xətti üzərində, qapı dirəkləri arasında və üzü zərbəni vuran oyunçuya tərəf, qapı dirəklərinə, qapı tirinə və ya qapı toruna toxunmadan dayanmalıdır.


Zərbəni yerinə yetirən oyunçudan başqa bütün oyunçular olmalıdırlar:

  • Oyun meydanı daxilində;

  • 6 metrlik nöqtədən ən azı 5 m məsafədə;

  • 6 metrlik nöqtədən arxada;

  • Cərimə meydanından kənarda.

Oyunçular bu Qaydaya uyğun olaraq mövqe tutduqdan sonra hakimlərdən biri 6 metrlik zərbənin yerinə yetirilməsi üçün işarə verir.


6 metrlik zərbəni yerinə yetirən oyunçu topu ayaqla irəli vurmalıdır; topun irəli hərəkət etməsi şərti ilə, dabanla zərbəyə icazə verilir.
Zərbə yerinə yetirilərkən, müdafiə olunan komandanın qapıçısının bir ayağının ən azı bir hissəsi qapı xəttinə toxunmalı və ya onunla eyni xətdə olmalıdır.
Topa zərbə endirildikdə və o, aşkar şəkildə hərəkət etdikdə, top oyunda sayılır.
Zərbəni yerinə yetirən oyunçu, top başqa bir oyunçuya toxunmamış, ona təkrar toxuna bilməz.
Top hərəkətini dayandırdıqda, oyundan çıxdıqda və ya hakim oyunu Qaydaların hər hansı şəkildə pozulmasına görə saxladıqda, 6 metrlik zərbə başa çatmış hesab olunur.
Oyunun və ya əlavə vaxtın hər bir hissəsinin sonunda təyin edilən 6 metrlik zərbənin yerinə yetirilməsi və ya tamamlanması üçün vaxt əlavə edilir. Vaxtın əlavə edildiyi hallarda, 6 metrlik zərbə o zaman başa çatmış hesab edilir ki:

  • Top hərəkətini dayandırır, oyundan çıxır;

  • Qapıçıdan başqa hər hansı oyunçu (zərbəni yerinə yetirən oyunçu daxil olmaqla) topa oynayır;

  • Hakim oyunu, zərbəni yerinə yetirən oyunçu və ya onun komanda yoldaşı tərəfindən edilə qayda pozuntusuna görə saxlayır.

Əgər müdafiə olunan komandanın oyunçusu (qapıçı da daxil olmaqla) qayda pozuntusu edərsə və 6 metrlik zərbə uğursuz alınarsa/dəf edilərsə, 6 metrlik zərbə təkrar edilir.




  1. Yüklə 6,76 Mb.

    Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin