Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


QAYDA 15 – TOPUN YAN XƏTDƏN OYUNA DAXİL EDİLMƏSİ



Yüklə 6,76 Mb.
səhifə86/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   82   83   84   85   86   87   88   89   ...   139

QAYDA 15 – TOPUN YAN XƏTDƏN OYUNA DAXİL EDİLMƏSİ

Meydanı yan xətdən yerlə və ya hava ilə tam olaraq tərk etməsindən, yaxud oyunda olduğu zaman tavana toxunmasından öncə topa sonuncu toxunan oyunçunun rəqibi topu yan xətdən oyuna daxil edir.


Top yan xətdən oyuna daxil edilərkən birbaşa qol vurula bilməz:

    • Əgər top rəqib komandanın qapısına daxil olarsa, qapıdan zərbə təyin edilir;

    • Əgər top onu oyuna daxil edən komandanın öz qapısına daxil olarsa, künc zərbəsi təyin edilir.


1 Prosedur


Topun oyuna daxil olması zamanı:

  • Top yan xətt üzərindən meydanı tərk etdiyi və ya tavana toxunduğu ən yaxın nöqtədə hərəkətsiz vəziyyətdə dayanmalıdır;

  • Bütün oyunçular yan xətt üzərindən topun meydana daxil ediləcəyi nöqtədən minimum 5 m məsafədə dayanmalıdır;

Topa zərbə endirildikdə və o, aşkar şəkildə hərəkət etdikdə, oyunda sayılır.


Top, komanda topu oyuna daxil etməyə hazır olduqdan və ya hakim komandanın hazır olduğuna işarə verdikdən sonra dörd saniyə ərzində oyuna daxil edilməlidir.
Əgər top oyuna daxil edildikdən sonra, top oyunda olduğu zaman hər hansı digər oyunçuya toxunmadan meydanı eyni yerdən yenidən tərk edərsə, eyni nöqtədən topu oyuna rəqib komanda daxil edir.
Əgər oyunçu qaydalar çərçivəsində topu oyuna daxil edərkən onu yenidən oynamaq məqsədi ilə ehtiyatsız, düçüncəsiz və həddən artıq gücdən istifadə etmədən rəqibə vurursa, hakim oyunun davam etdirilməsinə icazə verir.
Topu oyuna daxil edən oyunçu, onun başqa bir oyunçuya toxunmasından əvvəl topa yenidən toxunmamalıdır.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin