QAYDA 16 – TOPUN QAPIDAN OYUNA DAXİL EDİLMƏSİ
Top, son olaraq hücum edən komandanın oyunçusunun toxunuşundan sonra qapı xəttini yerlə və ya hava ilə tam keçibsə və qol vurulmayıbsa, top qapıdan oyuna daxil edilir.
Topun qapıdan oyuna daxil edilməsi ilə birbaşa vurulan qol qeydə alınmır; əgər rəqib komandanın qapısına birbaşa daxil olarsa - qol hesaba alınmır və topun qapıdan oyuna daxil edilməsi təyin edilir; əgər top birbaşa yerinə yetirən komandanın öz qapısına daxil olarsa, rəqib komandanın xeyrinə küncdən zərbə təyin edilir.
Dostları ilə paylaş: |