Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə89/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   85   86   87   88   89   90   91   92   ...   139

Prosedur


  • Top müdafiə olunan komandanın qapıçısı tərəfindən cərimə meydanının istənilən nöqtəsindən oyuna daxil edilir.

  • Top atıldıqdan və aşkar şəkildə hərəkət etdikdən sonra oyunda hesab olunur.

  • Top, komanda topu oyuna daxil etməyə hazır olduqdan və ya hakim komandanın hazır olduğuna işarə verdikdən sonra dörd saniyə ərzində oyuna daxil edilməlidi.

  • Rəqib komandanın oyunçuları topun oyuna daxil edilməsinə qədər, topu oyuna daxil edən komandanın cərimə meydanından kənarda olmalıdır.


  1. Pozuntular və cəzalar

Əgər atışı yerinə yetirən qapıçı, top oyuna daxil olduqdan sonra başqa bir oyunçuya toxunmazdan əvvəl topa ikinci dəfə toxunarsa (əl ilə deyil), sərbəst zərbə təyin edilir. Əgər atışı yerinə yetirən qapıçı topa əllə oynayarsa:



  • Cərimə meydanından kənarda baş vermişsə - cərimə zərbəsi təyin edilir;

  • Qayda pozuntusu atışı yerinə yetirən qapıçının cərimə meydanında baş veribsə, sərbəst zərbə təyin edilir;

Topun qapıdan oyuna daxil edilməsi zamanı rəqib komandanın hər hansı oyunçusunun cərimə meydanını tərk etmək üçün imkanı olmamışdırsa, hakim oyunu davam etdirir. Topun qapıdan oyuna daxil edilməsi yerinə yetirilərkən rəqib komandanın oyunçusu cərimə meydanındadırsa və ya topun oyuna daxil edilməsinə qədər cərimə meydanına daxil olursa, topun qapıdan oyuna daxil olmasına qədər topa toxunur və ya onun uğrunda mübarizəyə girirsə, topun qapıdan oyuna daxil edilməsi təkrar edilir.


Əgər oyunçu, topun oyuna daxil edilməsinə qədər cərimə meydanına daxil olur və rəqib oyunçuya qarşı qaydanı pozur və ya rəqib oyunçu tərəfindən qayda pozuntusuna məruz qalırsa, topun qapıdan oyuna daxil edilməsi təkrar edilir və qayda pozuntusunun ciddiliyindən asılı olaraq oyunçuya xəbərdarlıq edilə və ya o, meydandan qovula bilər.
Gənclər, veteranlar, həvəskarlar və fiziki imkanları məhdud oyunçular üçün topun mərkəz xəttini keçməsi qadağan olunduğu yerlərdə əgər qapıçı topu oyuna daxil edərkən birbaşa mərkəz xəttinin üzərindən atarsa, rəqib komandanın lehinə sərbəst zərbə təyin olunur və zərbə topun mərkəz xəttini keçdiyi nöqtədən yerinə yetirilir.
Bu Qaydanın hər hansı digər şəkildə pozulması zamanı topun qapıdan oyuna daxil edilməsi təkrar edilir.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin