Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə93/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   89   90   91   92   93   94   95   96   ...   139

Müəyyən mövqe seçimləri


  1. Mövqe seçimi – başlanğıc zərbə

Oyun başlanğıcında əvəzetmə zonasının yerləşdiyi yan xəttin üzərində yer alan hakim başlanğıc zərbəsinin müəyyən edilmiş prosedura uyğun olaraq yerinə yetirilməsini yoxlamaq üçün mərkəz xətdən 1 metr məsafədə, topu oyuna daxil edəcək komandanın əvəzetmə zonasına yaxın mövqe tutur.
İkinci hakim başlanğıc zərbəsini yerinə yetirən komandaya rəqib komandanın sonuncudan ikinci oyunçusu ilə eyni xətdə mövqe tutur.



  1. Mövqe seçimi – topun oyuna daxil edilməsi





  1. Hakimlərdən biri ilk növbədə topun cərimə meydanı daxilində olub-olmamasına əmin olmalıdır. Əgər top yerinə düzgün qoyulmamışdırsa, hakim qapıçının topun qapıdan oyuna daxil edilməsinə hazır olduğunu və ya taktiki səbəblərdən topu əlinə götürməsini gecikdirirsə,dörd saniyəni saymağa başlaya bilər




  1. Top cərimə meydanı daxilindədirsə, hakimlərdən biri topun cərimə meydanını tərk etməsinə və hücum edən oyunçuların cərimə meydanından kənarda olmasına əmin olmaq üçün cərimə meydanı xətti üzrə mövqe tutmalıdır. O daha sonra dörd saniyənin sayılmasını icra edir, əgər o əvvəlki bəndə uyğun olaraq başlamamışsa.




  1. Nəhayət, topun qapıdan oyuna daxil edilməsinə nəzarət edən hakim, istənilən halda əsas vəzifəsi olan matça nəzarət etmək üçün münasib mövqe tutmalıdır.





  1. Yüklə 6,76 Mb.

    Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin