Künc zərbəsi zamanı, zərbənin yerinə yetirildiyi yerə yaxın olan hakim yan xətt üzərində künc qövsündən təxminən 5 m məsafədə mövqe tutmalıdır. Bu mövqedə olarkən o, topun künc qövsünün daxilinə düzgün qoyulmasına və müdafiə olunan oyunçuların 5 metrlik məsafəyə riayət etməsinə nəzarət etməlidir. Zərbənin yerinə yetirildiyi yerdən uzaqda olan hakim qapı xətti üzrə künc qövsündən arxada mövqe tutur. Bu mövqedə olarkən o, topa və oyunçuların davranışına nəzarət edir.