Cərimə və sərbəst zərbələr zamanı, zərbənin yerinə yetirildiyi yerə yaxın olan hakim həmin yerlə eyni xətdə mövqe tutur və topun düzgün yerləşdirildiyinə nəzarət edir, həmçinin zərbə yerinə yetirildikdə oyunçuların topa yaxınlaşmasına diqqət yetirir. Zərbənin yerinə yetirildiyi yerdən uzaqda olan hakim istənilən halda əsas vəzifəsini icra etmək üçün müdafiə olunan komandanın sonuncudan ikinci oyunçusu ilə və qapı xətti üzrə mövqe tutmalıdır. Əgər cərimə zərbəsi zamanı top qapıya vurulursa və hakimlər qapı xətti ilə eyni xətdə deyilsə, hər iki hakim yan xətt boyunca künc qövsü istiqamətində qaçaraq topun trayektoriyasını izləməyə hazır olmalıdır.