Mövqe seçimi – Altıncı toplanmış qayda pozuntusundan başlayaraq 10 metrlik nöqtədən yerinə yetirilən cərimə zərbəsi
Hakimlərdən biri, Qayda 1-də göstərildiyi kimi qapıçı tərəfindən riayət etməli olan 10 metrlik nişandan minimum 5 m məsafəni cərimə meydançasındakı işarəyə uyğun olaraq mövqe tutur və topun düzgün yerləşdirilməsinə nəzarət edir. Həmçinin zərbəni vuracaq oyunçunu dəqiqləşdirir və zərbə yerinə yetirilərkən oyunçuların yaxınlaşmasına nəzarət edir. O, bütün oyunçuların düzgün yerləşdiyinə əmin olduqdan və zərurət yaranarsa, digər hakimin kömək etməsindən sonra zərbənin vurulması üçün işarə verir. Digər hakim qapı xətti ilə cərimə meydanının kəsişdiyi yerdə mövqe tutmalı və topun qapıya daxil olub-olmamasına nəzarət etməlidir. Əgər müdafiə olunan komandanın qapıçısı Qayda 13-ə riayət etmirsə və bu zərbənin vuruşundan əvvəl baş verirsə və ya qol vurulmursa, hakimlər ATQPCZ təkrar vurmağa işarə verirlər
11. Mövqe seçimi – Altıncı toplanmış qayda pozuntusundan başlayaraq metrlik nöqtədən yerinə yetirilməyən cərimə zərbəsi(1)
Hakimlərdən biri topla mümkün olan halda eyni xətdə mövqe tutumalı, həmçinin topun düzgün yerləşdirilməsinə nəzarət etməli, zərbəni yerinə yetirəcək oyunçunu dəqiqləşdirməli və zərbə yerinə yetirilərkən oyunçuların yaxınlaşmasına diqqət yetirməlidir. O, bütün oyunçuların düzgün yerləşməsinə əmin olduqdan və zərurət yaranarsa, digər hakimin kömək etməsindən sonra zərbənin vurulması üçün işarə verir. Digər hakim qapı xətti ilə cərimə meydanının kəsişdiyi yerdə mövqe tutmalı və topun qapıya daxil olub-olmamasına nəzarət etməlidir. Əgər müdafiə olunan komandanın qapıçısı Qayda 13-ə riayət etmirsə və bu, zərbənin vuruşundan əvvəl baş verirsə və ya qol vurulmursa, hakimlər ATQPCZ təkrar vurmağa işarə verirlər.
Dostları ilə paylaş: |