Mövqe seçimi – topun yan xətdən oyuna daxil edilməsi(2)
Mövqe seçimi – topun yan xətdən oyuna daxil edilməsi(3)
Mövqe seçimi – topun yan xətdən oyuna daxil edilməsi(4)
Mövqe seçimi – topun yan xətdən oyuna daxil edilməsi(5)
Əgər top oyuna yan xətdən hücum edən komanda tərəfindən künc qövsünə yaxın yerdən daxil edilirsə, topun oyuna daxil edildiyi yerə yaxın olan hakim həmin yerdən təxminən 5 m məsafədə dayanmalıdır. Bu mövqedə olarkən o, topun yan xətdən prosedura uyğun olaraq daxil edilməsinə və müdafiə olunan oyunçuların yan xətdən 5 m məsafəyə riayət etməsinə nəzarət edir. Topun yan xətdən oyuna daxil edildiyi yerdən uzaqda olan hakim qapı xətti üzrə künc qövsündən arxada mövqe tutmalıdır. Bu mövqedə olarkən o, topa və oyunçuların davranışına nəzarət edir.
18A. Mövqe seçimi – oyunun, yaxud ev və səfər oyunlarının qalibinin müəyyən edilməsi üçün 6 metrlik nöqtədən yerinə yetirilən zərbələr (ehtiyat köməkçi hakim olmadığı təqdirdə)
Hakim qapıdan təxminən 2 m məsafədə olmaqla qapı xətti üzrə mövqe tutmalıdır. Onun əsas vəzifəsi topun qapı xəttini keçib-keçməməsinə və qapıçının Qayda 14-un tələblərini yerinə yetirməsinə nəzarət etməkdir.
Əgər top qapı xəttini aşkar şəkildə keçmişdirsə, hakim heç bir qayda pozuntusunun olmamasına əmin olmaq üçün ikinci hakimlə vizual əlaqə yaratmalıdır.
İkinci hakim topun düzgün yerləşdirildiyinə və zərbəni yerinə yetirən komandanın qapıçısının düzgün yerləşdiyinə nəzarət etmək üçün təxminən 3 m məsafədə olmaqla, 6 metrlik nöqtə ilə eyni mövqe tutmalıdır. İkinci hakim zərbənin yerinə yetirilməsi üçün işarə verir.
Üçüncü hakim hər iki komandanın qalan oyunçularına nəzarət etmək üçün mərkəz dairəsində yer almalıdır.
Xronometrajçı öz masasında yer almalı və 6 metrlik zərbəni vurmaqdan məhrum edilmiş oyunçuların və komadaların rəsmi şəxslərinin davranışına nəzarət etməlidir.
Bütün hakimlər və oyunun rəsmi şəxsləri zərbələri və zərbələri yerinə yetirən oyunçuların nömrələrini qeydə alırlar.
18B. Mövqe seçimi – oyunun, yaxud ev və səfər oyunlarının qalibinin müəyyən edilməsi üçün 6 metrlik nöqtədən yerinə yetirilən zərbələr (ehtiyat köməkçi hakim olmadığı təqdirdə)