Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 320,4 Kb.
səhifə4/5
tarix09.12.2018
ölçüsü320,4 Kb.
#85719
növüMühazirə
1   2   3   4   5

Mövzu 10

PLAn

  1. Tranzit yük daşınması anlayışı, transit rejimin təyinatı və ondan istifadəetmənin hüquqi əsası.

  2. Tranzit yük daşınması rejimindən istifadənin sahəsi və şərtləri.

  3. Malların tranzitinə gömrük nəzarəti.

  4. Quru ilə əhatə olunmuş dövlətlərin ərazisi vasitəsilə transit yük daşınmaları haqqında konversiya TİR (1975).

  5. BYD kitabçası ( karnet TİR – avtomobil yük daşınmaları zamanı)

1 .”Tranzit yük daşınması” anlayışı, tranzit rejimin təyinatı və ondan istifadəetmənin hüquqi əsası

Tranzit yük daşınması anlayışı beynalxalq mal mübadiləsinin obyektiv zərurətindən yaranan və ölkələrin coğrafi mövqeyi , geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən zəruri nəqliyyat kateqoriyası olub, beynəlxalq ticarət əməliyyatlarında mühüm əhəmiyyət kəsb edir.

Tarixdən bəllidir ki, gömrük ərazilərindən tranzitlə daşınan yüklər uzun müddət müxtəlif ölkələrdə vergi tutmaya məruz qalırdı. Kommunikasiya və nəqliyyat vasitələrinin inkişafı, beynəlxalq yük daşınmaların həcminin artması ilə bağlı tranzit gömrük rejimi yarandı və bu da gömrük nəzarəti altında gömrük ərazisində daşınan mallara proteksionist tədbirlərin təsirinin aradan qaldırılmasına imkan verdi.

Beləliklə tranzit gömrük rejimi - malların (yüklərin) gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları , vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirlər tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.Ancaq Az. Res-sı Qanunvericiliyi Az.Res-nın dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir. Bu rejimin geniş tətbiq edilməsində həm də malların tranziti şərtlərinin tənzimlənməsi və yüngülləşdirilməsinə yönəldilmiş, onların eyniləşdirilməsini (inifikasıyasını) nəzərdə tutan müxtəlif beynəlxalq - hüquqi sənədlərin hazırlanması mühüm rol oynadı.

Bu rejim altında daşınan mallardan gömrük rüsumları , vergilər, tutulmalar və iqtisadi siyasət tədbirləri tətbiq edilmir.Yüklərin tranziti həmçinin Az. Res-nın beynəlxalq sazişləri , Nazirlər Kabinetinin qərarları, DYK-nin normativ aktları ilə də tənzimlənə bilər.

2. Tranzit yük daşınması rejimindən istifadənin

sahəsi və şərtləri
Tranzit gömrük rejimi bu rejim altında yerləşdirilən malların nomenklaturasına, miqdarına və təyinatına aid heç bir xüsusi məhdudiyyət müəyyən etmir.Ancaq tranzit rejimin tətbiqində Gömrük Məcəlləsinin 19 maddəsinədə nəzərdə sərhəddən keçirilən malların ayrı-ayrı kateqoriyalarına qadağa və məhdudiyyət nəzərdə tutulur.

Təcrübədə tranzit rejiminin müəyyən edilməsinin prinsip və şərtləri iki qrupa ayrılır:



  • rejimin benefisarı tərəfindən qəbul edilən öhdəliklər və ya rejimdən istifadə edilməsinə icazə verilməsinə görə onun müəyyən edilən şərtlərə;

  • rejimin reqlamentasiyasına riayət edilməsini təmin etmək üçün gömrük orqanları tərəfindən istifadə edilən gömrük nəzarətini həyata keçirmək vasitəsinə

Gömrük Məcəlləsi tranzit gömrük rejimini tətbiq edilməsinin icazə qaydasını müəyyən edir. Rejimdən istifadəyə müraciət və icazənin verilməsi mallar barədə bütün nazımı məlumatları, daşınma məqsədi və s-ni özündə cəmləşdirən doldurulmuş gömrük bəyannaməsinin gömrük orqanına təqdim edilməsi yolu ilə həyata keçirilir.

Bəzi hallarda YGB-dən istifadə edilməkdə rəsmiləşdirilməsi əvəzinə digər sənəd formalarından da istifadə edilməsinə yol verilir. BYD-ı konvensiyasının müddəalarında göstərilən Tir Korvetlərindən istifadə edilən bilir.



3. Malların tranzitinə gömrük nəzarəti

Malların gömrük altında daşınması zamanı görülən tədbirlər mal və nəqliyyat vasitələrinin qorunmasına zəmanət verilməklə, onların kəmiyyət və keyfiyyətinin dəyişməz qalmasını təmin etməlidir.

Malların tranzit daşınması zamanı daimi gömrük nəzarətində olur və Gömrük Məcəlləsinin 188-ci maddəsinin müddəalarına uyğun olaraq bu nəzarət həyata keçirilir.


  • Mallar Azərbaycan Respublikasına gətirildiyi zaman onların Azərbaycan gömrük sərhədini keçdiyi andan;

  • Mallar Azərbaycan Respublikasından aparıldığı zaman gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin qəbul edildiyi andan başlayır.

Gömrük nəzarətinin həyata keçirilməsinə təsir edə biləcək mühüm fakturala kimi aşağıdakıları qeyd etmək olar:

  • tranzitin tipi (beynəlxalq milli)

  • nəqliyyat vasitəsinin növü (daşınma növü, dəmir yolu, avtomobil, su yolu və s.)

  • Malın növü; - Daşıyıcının statusu; -tranzit qaydalarının pozulması riski.

Sənədli gömrük nəzarəti başlıca olaraq malların tranzit rejimi altında yerləşdirilməsi və rejimin bitməsinin rəsmiləşdirilməsi prosesində aparılır. Məcəlləyə görə təyinat gömrük orqanına verilməli olan sənədlər aid olduqları mallarla birlikdə təyinat gömrük orqanına çatdırılır. Mallar barəsində məlumatlara və faktiki göstəricilərə nəzarət, bir dayda olaraq, mallara gömrük baxışı və inventarizasiya aparılması yolu ilə həyata keçirilir (GM maddə 192)

Tranzit rejimi altında malların eyniləşdirilməsi plomb, möhür qoyulması və eyniləşdirmə işarələrinin qoyulması yolları ilə reallaşdırılır. Eyni zamanda yükləri daşıyan tranzit nəqliyyat vasitələri eyniləşdirilir. Belə ki, BYD konvensiyasına əsasən tranzit daşınmalarını həyata keçirən avtomobillər TİR lövhəsi ilə təchiz olunur.

Beləliklə tranzit daşınma malların təyinat gömrük arasına çatdırılması və müəyyən əməliyyatların aparılması ilə başa çatmış hesab edilir. Təyinat gömrükxanasına çatmış mallar və nəqliyyat üzərində əməliyat bitən andan etibarən, onlar Azərbaycan ərazisini tərk etməlidir. Əks halda sərbəst dövriyyə buraxılışı və idal rejimi kimi ödəyiciləri ödəməlidir.

4. Quru ilə əhatə olunmuş dövlətlərin ərazisi vasitəsilə tranzit yük daşınmaları haqqında Konvensiya - TİR (1975)

Beynəlxalq Yük Daşınmaları Konversiyasına əsasən tranzit daşınmalarını həyata keçirən avtomobillər TİR lövhəsi ilə təchiz olunur. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı sərəncamı ilə bağlı, DGK-nin 8 sentyabr 1997-ci il tarixli 825 saylı əmri ilə BYD kitabçası tətbiq edilməli BYD-ı haqqında gömrük konversiyası Azərbaycan ərazisində tətbiq edilməyə başlanmışdır.



  1. nəqliyyat vasitələrinin (konteyerlərin) gömrük möhürləri və plombları ilə yük daşınmalarına buraxılması qaydası haqqında təlimata uyğun həyata keçirilməsi;

  2. Gömrük möhürləri və plombları ilə yüklərin daşınmassından ötrü nəqliyyat vasitələrinin (konteyerlərin) təchizatı qaydaları təsdiq edilmişdir.

5. BYD kitabçası (karnet TİR-avtomobil yük

daşınmaları zamanı
BYD konversiyasına qoşulmuş Azərbaycan Respublikasında malların aralıq başlatma yükləmələri həyata keçirilməkdən yol nəqliyyat vasitələrində müqavilə tərəflərindən birinin göndərilmə gömükxanasından bir neçə sərhəddən keçməklə digər müqavilə iştirakçısı tərəfindən təyinat gömrükxanasına daşınmasına aiddir, bur şərtlə ki, əməliyyatın başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilmiş olsun.

Azərbaycan Respublikaında BYD prosedurasına əməl olunmaqla daşınan mallar aralıq gömrükxanasınada (idxal zamanı giriş, tranzit zamanı giriş və çıxış) idxal və ya ixrac rüsum vergilərinin ödənilməsindən depozitə qoyulmasından azad edilir. Həmin gömrükxanalarda BYD kitabçalarının rəsmiləşdirilməsi üçün yığımlar tutulmur. Həmçinin BYD prosedurasından istifadə olunmaqla plomblanmış yol nəqliyyat vasitələrində daşınan mallar bir qayda olaraq gömrükxanalarda gömrük baxışından azad olunurlar. Müstəsna hal kimi BYD kitabçasının manifestində göstərilməyən əşya olmasına kifayət qədər dəlil olan hallarda mallara müşaiət keçirilə bilər.

BYD kitabçası 4 səhifəli üz qabığından, kəsilməyən 1/2 nömrəli sarı vərəqdən və 1/2 nömrəli kötükdən, 1 nömrəli (kəsilən) vərəqlərdən və 1 nömrəli kötüklərdən (ağ rəngli), 2 nömrəli kəsilən vərəqlərdən və 2 nömrəli kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə dair protokollardan (sarı rəngli) ibarətdir.

Kəsilən vərəqlərin və onların kötüklərinin (1 və 2) birləşməsi (kombinasiya) bir qayda olaraq hər bir ölkədə (göndərilmə ölkəsində və giriş gömrükxanalarında) 2 nömrəli kəsilən vərəq və 2 nömrəli kötük isə çıxış və təyinat gömrükxanalarında istifadə olunmaq üçün nəzərdə tutulmuşlar.

Hal-hazırda istifadə edilən BYD kitabçaları 14 və ya 20 vərəqdən (yəni 7 və ya 10 komplekdən) ibarətdir. Bu müvafiq olaraq 7 və ya 10 dövlətin ərazisindən keçməklə daşınma üçün nəzarətdə tutulmuşdur.

Beləliklə ümumi yük daşınmalarında tranzit yük daşınmasının çəkisi 56 % təşkil edir. Daşınmalardan gələn ümumi gəlirin çəkisi 9,2 % təşkil etmişdir. Başqa formada desək son ildə tranzit yük daşımalarından əldə olunan ümumi gəlir 300 min manat təşkil etmişdir.

Respublikada dəmir yolu ilə daşınan ümumi yüklərin 24,5 % tranzit yüklə təşkil etmişdir.

Mövzu 11. Beynəlxalq nəqliyat əməliyytlarının gömrük tərtibatı
P L A N


  1. Beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyəti və ticarətin inkişafında rolu.

  2. Nəqliyyat əməliyyatlarının gömrük tərtibatı haqqında anlayış.

  3. Beynəlxalq nəqliyyat əməliyyatlarının gömrük tərtibatında idxal və ixrac sənədləri .

  4. Qanunvericilik və beynəlxalq hüquq qaydalarına əsasən nəqliyyata dair müqavilələrin bağlanması.

1. Beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyəti və ticarətin inkişafında rolu.
Dünya ölkələrinin iqtisadi inkişafında hər bir ərazinin təbii iqtisadi şəraitin müəyyən olunması və bu əsasda həmin şəraitdəki resusların istehasal dövriyyəsinə cəlb olunmasında məhsuldar qüvvələrin dövrün tələblərinə uyğun inkişafının xüsusi rolu vardır.Bu baxımdan XIX əsrin axırı və XX əsrin əvvəllərində məhsuldar qüvvələrin təsir dairəsi daha intensiv hal alır.Avropanın və eləcədə dünyanın qabaqcıl ölkələrində sənayenin inkişafı ölkələrarası iqtisadi əlaqələrin yaranmasında nəqliyyatın əvvəlki primitiv formasından yeni sənaye dövrünün tələblərinə uyğun inkişafına səbəb oldu.

Ölkələrarası iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan nəqliyyat növlərinin dəniz, avtomobil, dəmiryolu, boru kəməri və hava nəqliyyatının inkişaf dövrü başladı. Bununla bağlı yolların səmərəli təşkili işi daha çox diqqət çəkdi.Bu məqsədlə Aralıq dənizi ilə Hind Okeanı hövzəsi ölkələri ilə qısa məsafədən keçməklə, yüklərin daşınmasını təmin edən Süveyş kanalı, Şimali Amerikanı Mərkəzi və Cənubi Amerika ilə qısa məsafədə birləşdirən Panama kanalı, Xəzər dənizini hövzəsi ölkələrarası əlaqə yaradan Volqa-Don kanalının çəkilməsi ölkələrarası yüklərin daşınması üçün həmin ölkələrin iqtisadi inkişafına təsir göstərməklə,külli miqdarda səmərəsiz nəqliyyat xərclərinin aradan qaldırılmasına şərait yarandı.

Beləliklə XXI əsrin əvəllərinə dünya ölkələri ərazisində ümumi dəmir yolunun uzunluğu 1250 min km, avtomobil yollarının uzunluğu 24000 min km, daxili su yollarının uzunluğu 550 min km, boru kəməri nəqliyyatının uzunluğu 1500 min km , hava yollarının uzunluğu isə 8000 min km təşkil etmişdir ki, bu daş ölkələr arası əlaqələrin genişləndirilməsini təmin etməklə, dünya ticarət sistemini təmsil etmişdir.

Dünya nəqliyyat xərclərinin 10% - i MDB ölkələrinin payına düşür.Ancaq MDB yük daşınmalarının həcminə və ticarət dövriyyəsinə görə birinci yeri Az Respublikası tutaraq, 140 dünya ölkəsi ilə ticarət əlaqəsi yaratmışdır.Ticarət əməliyyatlarının həcmi 11.6 milyard olmuş, beləki ixrac 6.4 milyard -2242 adda mal , idxal 5.2 milyard ABŞ $- 5935 adda mal.

Hər il bütün nəqliyyat növləri ilə 100 milyard tondan çox yük və 1(bir) trilyon sərnişin daşınmışdır. Bu daşınmalarda 650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu lokomotivləri iştirak etmişdir.

2. Nəqliyyat əməliyyatlarının gömrük tərtibatı haqqında anlayış
Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq nəqliyyat vasitələrinin Az.Res-nın gömrük sərhəddindən keçirilməsi gömrük bəyannaməsində göstərilən konkret gömrük rejiminə uyğun olaraq reallaşdırılır.

Gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələri həm əmtəə kimi, həm də sərnişin və yük kimi beynəlxalq daşınmalarda istifadə edilən nəqliyyat gömrük qanunvericiliyinin müddəalarına uyğun tərtibat əsasında tənzimlənir. Az.Res-nın gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələri gömrük orqanı tərəfindən müəyyən edilən yerdə saxlanılır.Bu tələbə riayət etməyən hallarda gomrük orqanlarının nəqliyyat vasitələrini məcburi saxlamaq hüququ vardır.Nəqliyyat vasitələrinin saxlama müddəti daşıyıcı ilə birlik də Az.Res-sı gömrük orqanı tərəfindən müəyyən edilir. Bu müddət gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin zərərinə olaraq azaldıla bilməz.

Gömrük Məcəlləsinə görə nəqliyyat vasitələrinin daşıyıcısı:


  1. gömrük sərhəddinin keçilməsi vaxtını və yerini gömrük orqanları ilə razılaşmalıdır.

  2. Sərhəddi keçən nəqlyyat vasitəsi gömrük orqanının icarə verdiyi yerdə saxlamalıdır.

  3. Nəqliyyat vasitələri ancaq dayanacağı yerdən gömrük orqanının icazəsi ilə dayanacağı tərk edə bilər.

Beləliklə daşınan yüklərin və nəqliyyat vasitələrinin sərhəddən keçirilərkən rəsmiləşdirilməsi üçün gömrük orqanlarının və nəqliyat müəsissələrinin əməkdaşlarının qarşılıqlı münasibətlərinin müvəqqəti texnologiyasının müddəaları ilə təmizlənir:

1. Ümumi müddəalar:

1.1 Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və oradan aparılan bütün yüklər və nəqliyyat vasitələri rəsmiləşmədən keçməlidir.

1.2 Rəsmiləşdirmə Gömrük Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə həyata keçirilməlidir.

1.3 Yüklərin gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının razılığı ilə yüklərin müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsi də həyata keçirilə bilər.

1.4 Yük daşınmalarının təkminləşdirilməsi məqsədilə avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri tətbiq edilə bilər.
2. Yüklərin gömrük nəzarəti altında daşınması
2.1 Gömrük rəsmiləşdirilməsi başa çatmamış yüklərin iki gömrük orqanı arasında daşınması gömrük nəzarəti altında, daşınmanı icra edən nəqliyyat müəssisənin məsuliyyəti ilə həyata keçirilir;

2.2 Yüklərin nəzarəti altında daşınması beynəlxalq yük daşınmaları haqqında müvafiq razılaşmalara uyğun olaraq Gömrük Məcəlləsinə riayət olunmaqla həyata keçirilir.

2.3 Daşıyıcılar gömrük nəzarəti altında daşınan yüklərin gömrük orqanının razılığı olmadan sahibinə vermə hüququ yoxdur

3. Yeklərin gömrük ərazisinə gətirilməsi zamanı rəsmiləşdirilməsi qaydası

3.1 Gömrük ərazisinə yüklərin gətirilməsi zamanı rəsmiləşdirilməsi yükün gömrük orqanının vəzifəli şəxsinin yükün daxil olmasını məlumatlandırdıqdan sonra başlayır. Məlumatlandırma 2 nüsxədə ötürmə cədvəlinin, həmçinin daşınma və müşayiət etmə sənədlərinin gömrük orqanına verilməsi ilə başlanır.



4.Yüklərin Azərbaycan Respublikası ərazisindən aparılması zamanı rəsmiləşdirilməsi
4.1 Yüklərin Azərbaycan Respublikasından kənara aparılmasına gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra icazə verilir.

5. Yüklərə gömrük baxışının keçirilməsi qaydası, eyniləşdirmə vasitələrinin qoyulması və götürülməsi və açılma aktının tərtibi ilə başa çatır.



3. Beynəlxalq nəqliyyat əməliyyatların gömrük tərtibatında idxal və ixrac sənədləri

Beynəlxalq nəqliyyat əməliyyatları zamanı Azərbaycan ərazisinə gətirilən yük və sərnişinlərin və eləcə də Azərbaycan ərazisindən aparılan yük və sərnişinləri daşınması Azərbaycan Respublikası qanunvericliyi və beynəlxalq konversiyaların müddəalarına uyğun tənzimlənir. Qaydalarda nəzərdə tutulan hallarda əməliyyatların tənzimlənməsi və rəsmiləşdirilməsi üçün rezidentlər İqtisadi İnkişaf Nazirliyinə ixrac üzrə aşağıdakı sənədləri təqdim edir:



  • Xarici şəxslərlə bağlanmış müqavilə;

  • İstehsalçı və ixracatçı arasında bağlanmış müqavilə (istehsalçı ixrac etmədikdə);

  • İxrac qiymətini əsaslandırma arayışı;

  • Azərbaycan Respublikasına başqa ölkələrdən gətirilən mallar haqqında sənədlər.

İdxal əməliyyatları üzrə:

  • Xarici şəxslərlə bağlanmış müqavilə;

  • Əməliyyatların mliyyələşdirmə mənbəyi haqqında məlumat;

  • İdxal qiymətini əsaslandırma arayışı;

İqtisadi İnkişaf Nazirliyində müqavilələrin ekspertizası keçirilərkən onların Azərbaycan Respublikasının Qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına uyğunluğu araşdırılır və Azərbaycan Respublikasının iqtisadi maraqlarının gözlənilməsi yoxlanılır.

Xarici ticarət əməliyyatlarnın rəsmiləşdirilməsi üçün Rezidentlər gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidir:



İxrac əməliyyatları üzrə:

  • Hüquqi şəxsin Dövlət Statistika komitəsi tərəfindən müəyyən edilmiş kodu;

  • Xarici şəxslərlə bağlanmış müqavilə;

  • İxrac olunan malların mənşəyi haqqında sənədlər;

  • İxrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sədri;

  • Bu qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin müsbət rəyi;

  • Yük gömrük bəyənnaməsi.

İdxal əməliyyatları üzrə:

  • Bağlanmış müqavilə;

  • Yük gömrük bəyannaməsi;

  • İnvays-idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;

  • Yol nəqliyyat sənədləri;

  • Malın mənşəyini təsdiq edən sənəd;

  • Malın keyfiyyət sertifkatı;

  • malın uyğunluq sertifkatı;

  • Bu qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin ekspertizasının müsbət rəyi.

İxrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqanları həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində malların buraxılmasını təmin etməlidir
4.Qanunvericilik və beynəlxalq hüquq qaydalarına əsasən

nəqliyata dair müqavilələrin bağlanması.

Öz spesifik məzmununa görə beynəlxalq nəqliyat hüquqi yüklərin və sərnişinlərin müxtəlif nəqliyat növləri vasitəsilə beynəlxalq daşınması zamanı əmələ gələn münasibətləri, nəqliyyat təşkilatları və fərdi daşıyıcılar, həmçinin daşıma prosesi bir neçə daşıyıcı tərəfindən həyata keçirildikdə onların ölkələri arasında yaranan münasibətləri tənzimləyən hüquqi normalar məcmusuna malikdir.

Bu sahədə hüquqi tənzimləmənin xüsusiyyəti ondan ibarətdir ki, daşımanın əsas məsələləri yük və sərnişin daşımaların eyni şərtlərini müəyyən edən unifikasiya olunmuş normaları ifadə edən beynəlxalq sazişlərə həll olunur.

TRASEKA nəqliyyat marşrutu qədim böyük ipək uolunun yenidən iri ticarət, həm də nəqliyyat dəhlizinə çevrilməsinə imkan yaradaraq, Mərkəzi Asiya və Qafqaz dövlətlərinin fəal Avropa bazarına nəqliyyat çıxışından ibarətdir. TRASEKA nəqliyyat dəhlizinin marşurutu üzrə yerləşən limanların, dəmir və avtomobil yollarının əsaslı layihələrinin maliyyələşdirilməsi üçün AYİB (Avropa yenidənqurma və İnkişaf Bankı) 250 milyon ABŞ dolları səviyyəsində vəsait öhdəlik götürmüşdür. Beləliklə Azərbaycan Respublikası Türkmənistan İNOQEYT proqramı neft və qazın Avropaya nəqlinə dair dövlətlərarası müqavilə (1996-cı il), Azərbaycan-Türkiyə (noyabr 1992-ci il), Azərbaycan-Ruminya ( mart 1996), Azərbaycan-Qazaxıstan (sentyabr 1996), Azərbaycan-Moldova (noyabr 1997), Azərbaycan-Misir (1997), Azərbaycan-Fransa (1997), Azərbaycan-Gürcüstan (1996), Azərbaycan-Beynəlxalq Avtomobil yük daşımaları konvensiyasına qoşulması (1975), Dəniz hüququ haqqında BMT-nin yaratdığı Konvensiya (1982), Hava nəqliyyatına dair Ümumavropa konfransı (krit 1996 və 1997-2006cı illər Asiya-Sakit okeyan region müqavilələri və 5 beynəlxalq nəqliyyatın inkişafında xüsusi rolu olmuşdur.


Mövzu 12


Azərbaycan Respublikasında Beynəlxalq daşınmaların təşkili və idarə edilməsi.



  1. Beynəlxalq daşınmalar haqqında anlayış.

  2. Beynəlxalq daşınmalar zamanı tətbiq olunan əməliyyatların təşkili.

  3. Yüklərin daşınma şərtləri.

  4. Yüklərin göndərilməsi şərtləri.

  5. Yüklərin təyinat yerinə çatdırılması və qəbulu şərtləri.




  1. Beynəlxalq daşınmalar haqqında anlayış.

Bütün dövlətlər arasında, eləcədə onların müxtəlif təsərrüfat sahələrinin inkişafında müvəffəqiyyətin əsasını təşkil edən amillərdən biri nəqliyyat daşınmalarıdır. Beynəlxalq nəqliyyat daşınmaları isə bu işin əsasını təşkil edir.

Dövlətlərarası beynəlxalq iqtisadi əlaqələr yaratmaqda nəqliyyat əmtəələrin (yükün) və insanların (sərnişinlərin iki və daha çox ölkələr arasında əlaqəsini, yəni beynəlxalq münasibatlərini təmin edir.

Beynəlxalq daşınmalar, müxtəlif ölkələrin milli daşıyıcıları tərəfindən yerinə yetirilir. Yəni dünya milli nəqliyyat sistemində ayrıca olaraq beynəlxalq yük və sərnişin nəqliyyat sistemi yoxdur. Bu iş üçün ayrı-ayrı ölkələr özlərinin nəqliyyat növləri, nəqliyyat xətləri, qurğuları, stansiyaları, dayanacaqları, özlərinin yük və nəqliyyat terminləri və.s. istifadə olunur.

Nəqliyyatı yaxşı təşkil etmək üçün onun inkişafına təsir edən əsas amilləri təmin etmək lazımdır. Nəqliyyatı təşkil edən amillər: nəqliyyatın hərəkət vasitələri, daşıma vasitələri, yol əlaqələri, texniki qurğu və mexanizmlər hesab olunur. Bunların hər biri beynəlxalq daşınmalarda böyük rol oynayır.

İnkişaf etmiş ölkələri bir-biri ilə müqayisə etdikdə həmin ölkənin 1000 km2 sahəsinə düşən yolun (avtomobil və dəmiryolu) uzunluğu müqayisə vahidi olaraq qəbul edilir.

Beynəlxalq daşınmalarda yük və sərnişin daşınma əsas proses hesab edilməklə yükün göndərilmə əməliyyatları da (yəni yükün qəbulu, qablaşdırılması, markalanması, yükün bir növ nəqliyyatdan başqa növ nəqliyyata verilməsi, vergilərin ödənilməsi, yükün sahibinə çatdırılması və.s hesab edilir.

Nəqliyyat əlaqələrinin inkişafı və təşkilində beynəlxalq ticarətin böyük rolu vardır. Dünyada heç bir ölkə ayrılıqda özünün bütün ehtiyyatlarını təmin edə bilmir. Odur ki, beynəlxalq ticarət dünya miqyasında ictimai həyatın ayrılmaz və mühüm tərkib hissəsidir. Dünya dövlətləri nə üçün ticarət edirlər? Bunun başlıca səbəbi odur ki, dunyada iqtisadi ehtiyyatlar qeyri bərabər bölünmüşdür (məs, Yaponiyada texnika və Avstraliyada isə kənd təsərrüfatı malları çox inkişaf etmişdir).

Alimlər sübut etmişlər ki, ticarətlə dünyanın iqtisadi potensialını genişləndirmək mümkündür. Əgər bir ölkə başqa bir ölkə üçün mal istehsal edirsə, demək bu ölkə həmin sahədə ixtisaslaşır. Beləliklə bazar iqtisadiyyatının inkişaf yolu elə qurulmuşdur ki, dünya ölkələri bir-birindən asılı vəziyyətdədir. Bununla bağlı bazar ticarəti ölkələr arası idxal və ixrac vəziyyətini yaradır. İdxal-ölkəyə xaricdən gətirilən, ixrac isə xaricə aparılan mallar nəzərdə tutulur. O ölkənin ki, idxalı artır onun milli istehsalı zəifləyir. Odur ki, hər bir ölkənin inkişaf etməsi üçün ixracı artırmaq yollarını axtarır. Məsələn Azərbaycan neft ixracını gücləndirməklə beynəlxalq əlaqələri gücləndirmişdir. Hazırda Azərbaycan dünyanın 140-dan artıq ölkələri ilə əlaqələr yaratmışdır. Xaricdən mal idxalını azaltmaq üçün sənayeni inkişaf etdirmək, xammal ixracını azltmaq və emalı artırmaq, ixracı genişləndirmək lazımdır.

Beynəlxalq ticarət şərtlərində ixracat vahidinin idxal vahidinə olan nisbəti nəzərdə tutulmaqla xarici qiymətlər indeksləri hesablanır.

Beynəlxalq ticarət şərtlərinin (indekslərin) hesablanması illər üzrə dövlətin iqtisadiyyatının vəziyyəti, yəni ölkədə idxalın və ya ixracın üstünlüyü müəyyən edilir.

2006-cı il ərzində respublikanın 140 dünya ölkələri ilə ticarət əməliyyatlarının həcmi 11637208.6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6372112.8 min ABŞ dolları dəyərində 5935 adda mal isə idxal olunmuşdur və saldo müsbət 11070116.9 min ABŞ dolları təşkil etmişdir.

Buradan aydın olur ki, beynəlxalq yük daşınmaların səviyyəsi nə qədər olmuşdur.

Buradan aydın olur ki,bu səviyyədə malın(yükün) daşınmasında nəqliyyatın xidməti nə qədər məsuliyyətli və nə qədər qiymətlidir. Bununla bağli gömrük xidmətinində rolu genişlənir və onun təşkili məsuliyyəti artırır.


Yüklə 320,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin