Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə10/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
Kiçik paketin qəbulu zamanı poçt işçisi aşağıdakıları yoxlamağa və icra etməyə borcludur:

1. Ünvanın düzgün yazılışını;

2. Çəkisi 500 q-dan çox olarsa, "Ölkələrin siyahısı ..." üzrə belə paketlərin ünvanda göstərilən ölkəyə göndərilməsinə icazə verilib-verilməməsini;

3. F.CN 23 gömrük bəyannaməsində və ya F.CN 22 "Gömrük" yarlığında göstərilənlərlə içindəkilərin uyğunluğunu;

4. Bəyannamədə və kiçik paketin üzlüyündə göstərilmiş ünvan məlumatlarının uyğunluğunu;

5. Ünvandan yuxarıda "Petit paquet", "Recommande" sözləri yazılmayıbsa,


bu sözləri yazmağa;

6. Göndərilən əşyaları qablaşdırmalı, onu iplə sanmalı, paketi yapışdırmadan və üzlüyü möhürləmədən F.C N 22 gömrük bəyannaməsini sarğının altına qoymağa;

7.Paketin ünvan tərəfinin yuxarı küncünə F.CN 04 yarlığı yapışdırmalı və ya yarlığı əvəz edən ştampın əksini vurmalı, onun üstündə sıra nömrəsini göstərməli, bu yarlıqdan aşağıda isə F. CN 22 "Gömrük" yarlığım yapışdırmalı və kiçik paketin çəkisini yazmalıdır. Ünvan tərəfinin yuxarı sağ küncündə, üzərində göndərmək haqqını rəqəmlərlə yazmaq şərti ilə, "Taxe Paid" ("TP") yazısı olan ştampın, aşağıda isə təqvim ştempelinin əksi vurulur. Kiçik paketin üzərinə lazımi məlumatlara malik xüsusi ünvan yarlığı yapışdırıla bilər.

Kiçik paketlər poçt şöbələrindən PF qiymətli kisələrdə, oradan isə BPMY göndərilir.F.17 kisə yarlığında "Beynəlxalq" sözü yazılır.Kisələr hazırlanmamışdan əvvəl kiçik paketlərin ştrix-kod üzrə nömrələri və təyinat ölkələri, tranzitlər üçün isə, əlavə olaraq, qəbul yeri F.16 qaiməsinə yazılır.

Daxil olan kiçik paketlər içərisindəki əşyalara görə gömrük rüsumu tətbiq edilən və gömrük rüsumu tətbiq edilməyən qruplara bölünür.

Verilməsi

Daxil olan kiçik paketlər, daxili qiyməti bəyan olunmuş banderollarda olduğu kimi, F.16 qaimələri üzrə qeydiyyata alınır, işlənir və ünvan sahibinə verilir. Bu zaman aşağıdakı xüsusiyyətlər nəzərə alınır:

1.Bildirişlərdə gömrük rüsumunun məbləği və gömrük rəsmiləşdirilməsi üçün hesablanmış rüsum haqqı, çəkisi 500 qr-dan artıq olan kiçik paketlər üçün isə həmin poçt göndərişinin çəkisi də göstərilir;

2. Kiçik paketlər verilərkən alıcıdan gömrük baxışına təqdim etməyə görə haqq alınır. Çəkisi 500 qr-dan artıq olan kiçik paketlərin PŞ-də verilməsinə görə də əlavə haqq alınır. F.22 bildirişində kiçik paketin çəkisi və verilərkən ödənilməli olan məbləğ, həmçinin verildikdən sonra ödənilmiş məbləğə dair məlumatlar, ödəniş qəbzlərinin tarixi və nömrəsi göstərilir.AKİS –də çap edilən qəbzin bir nüsxəsi alıcıya verilir,2-ci nüsxəsi isə kiçik paketin verildiyi bildirişlə birlikdə tikilir.

Kiçik paketlər təyinat yerinin poçt şöbələrinə tabe olduqları PF-lərdən (Bakı şəhərində PDM-dən) qiymətli kisələrdə, F.16 qaimələrinə yazılaraq daxil olur. F.16 qaiməsinə kiçik paketin qəbul edildiyi ölkənin adı, ştrix-kod etiketinin nömrəsi, lazımi hallarda gömrük rüsumu və çəkisi 500 qramdan çox olanların çəkisi yazılır. Kiçik paketlər PF-lərə PDM-dən göndərilir. Poçt müəssisələrində kiçik paketlər olan qiymətli kisələrin işlənməsinin bütün mərhələlərində onların faktiki çəkisi ilə kisələrin yarlıqlarında göstərilən çəkiyə uyğun gəlməsi, kisələri açdıqda isə hər bir kiçik paketin çəkisi yoxlanılır.


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin