Qiyməti bəyan olmuş beynəlxalq məktublar
Qiyməti bəyan olunmuş beynəlxalq məktublarda, Qanunvericilikdə göndərilməsinə icazə verilməyən əşyalar istisna olmaqla, qiymətli kağızlar və sənədlər göndərilir. Bəyan olunmuş qiymətin məbləği göndərilən əşyanın həqiqi dəyərindən, "Ölkələr siyahısı"nda və "Rəhbərlik"də göstərilən qiymət məbləği həddindən çox olmamalıdır. Bu zaman sənədlərin tərtib olunması ilə bağlı bəyan olunmuş qiymətin məbləği, bu sənədlərin itirilməsi hallarında onların bərpası üçün tələb olunan xərclərdən çox ola bilməz.
Qəbulu
Qiyməti bəyan olunmuş beynəlxalq məktublar qalın kağızdan hazırlanmış zərflərdə açıq şəkildə qəbul edilir. Qiyməti bəyan olunmuş beynəlxalq məktub üçün göndərici Azərbaycan dilində F.CN 22 gömrük yarlığını, bəyan olunmuş qiymətin məbləği 300 XAH-dan yuxarı olduqda isə F.CN 23 gömrük bəyannaməsini doldurur.
Məktubu qəbul edərkən poçt işçisi aşağıdakıları etməyə borcludur:
1. "Rəhbərlik" üzrə qiyməti bəyan olunmuş məktubun təyinat ölkəsinə qəbul olumıb-olunmamasını, içərisindəki əşyanın göndərilməsinə icazə olmasını, onun qiymətinin müəyyən edilmiş məbləğin həddindən artıq olmamasını, göndərişin qablaşdırılması və ünvanının düzgünlüyünü, məktubun içərisindəkilərin F.CN 22 yarlığı və ya F.CN 23 gömrük bəyənnaməsinə uyğunluğunu yoxlamağa, siyahının hər iki nüsxəsində imza etməyə və onlara təqvim ştempelinin əksini vurmağa;
2. Məzənnə əsasında məktubun qiymətinin məbləğini XAH-a çevirib, onu göndərişin üzərində bəyan olunmuş qiymətin məbləğinin altından yazaraq, rəngli karandaşla altından xətt çəkməyə (bu məlumatlar F.CN 22 yarlığı və ya F.CN 23 gömrük bəyannaməsində də göstərilməlidir);
3.Qiyməti bəyan olunmuş beynəlxalq məktubun ünvan tərəfinin yuxarı sol küncündə F. CN 06 yarlığım yapışdırmağa ;
4. Məktubun üzərinə .trix-kod etiketini yapışdırmağa;
5. Ünvan tərəfinin yuxarı sağ hissəsində "TP" ştampının, aşağıda isə təqvim ştempelinin əksini vurmağa;
6. Göndəricinin iştirakı ilə əşyanı zərfin içərisinə qoymağa, onun bütün qapaqlarını surğuc möhürü ilə möhürləməyə və ya üzərinədə MO loqotipi olan lentlə yapışdırmağa, F.CN 22 yarlığı və ya F.CN 23 gömrük bəyannaməsinin surətini göndəriciyə verməyə;
7. Məktubu tərəzidə çəkməyə, onun çəkisinə, qiymətinə, həmçinin sifarişli olmasına görə haqqını müəyyən etməyə, haqqın ümumi məbləğini rəqəmlərlə "TP" ştampının əksində yazmağa, məktubun çəkisini qramlarla onun ünvan tərəfindən solda yazmağa.
Dostları ilə paylaş: |