Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə13/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
Beynəlxalq bağlamalar

Qiyməti bəyan olunmuş bağlamalar yalnız "Rəhbərlik"də göstərilən ölkələrə göndərilmək üçün qəbul edilir. Xaricə göndərilən bağlamalarda, xaricə göndərilməsinə icazə verilən və təyinat ölkəsinə göndərilməsi qadağan olunmayan sənaye malları, mədəni-məişət malları və s. göndərilir.



Qablaşdırılması

Bağlamanın qablaşdırılması əşyanın xarakterinə, yolun uzunluğuna və göndərilmə şərtlərinə uyğun olmalı, həmçinin daşınma zamanı zədələnməsinin, üzlüyü zədələmədən onun içindəkini çıxarmağın, başqa poçt göndərişlərinin korlanmasının və poçt müəssisəsinin işçisinə hər hansı bir ziyan vurulmasının qarşısını almalıdır.

Mayelər və asanlıqla maye halına keçən maddələr qapalı, axmanın qarşısını tam alan taranın (qutu, yeşik və s.) içinə qoyulmuş qablarda qəbul edilir. Taranın divarları ilə qab arasında qalan boşluq kəpək, pambıq, yonqar və s. ilə doldurulur. Belə bağlamalar, beynəlxalq poçt göndərişlərinin qəbulu üzrə "Rəhbərliyə" əsasən ancaq içərisində kövrək əşyalar olan göndərişlərin göndərilməsinə icazə verən ölkələr üçün qəbul edilir. Mayələr və asanlıqla maye halına keçəri maddələrin sellofan və polietilen kisələrdə göndərilməsi qadağandır. Rəng tozları taxta yeşiklərin və ya qalın kartondan düzəldilmiş qutuların içinə qoyulmuş möhkəm metal yeşiklərdə göndərilir, başqa tozlar isə taxta və ya karton yeşiklərin içində yerləşdirilmiş perqament kisələrin içində qəbul edilir.

Qəbulu

Hər bir bağlama üçün göndərici F.CP 71 qoşma ünvan blankını (əlavə 42) və F. CN 23 gömrük bəyannaməsini doldurur. Bağlama üçün F.CP 71 qoşma ünvan blankı mətnə uyğun olaraq bir nüsxədə doldurulur. Onun arxa tərəfində göndərici "X" işarəsi ilə göndərişin ünvan sahibinə verilməyəcəyi halda, bağlama ilə nə etməli lazım olduğu barədə sərəncam yazaraq, imza edir. Qoşma ünvan blankının arxasında yazılı məlumat yazılmamalıdır. F.CN23 gömrük bəyannaməsi, kiçik paketlərdə olduğu kimi, "Rəhbərlik"də göstərilən sayda doldurulur. Gömrük bəyannaməsinə bağlamada göndərilən bütün əşyaların adlan, hər bir əşyanın sayı və çəkisi, həmçinin Azərbaycan manatı ilə onun qiyməti yazılır. Gömrük bəyannaməsində ünvan sahibinin ünvan və soyadından başqa göndəricinin də ünvanı və soyadı göstəri

Hüquqi və fiziki şəxslər tərəfindən göndərilən bağlamalar onun içərisindəkilər yoxlandıqdan sonra qəbul edilir. Bağlamanın içərisinə qoyulmuş istehlak mallarının miqdarı və ümumi dəyəri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Toxum və əkin materialları olan bağlamaları göndərərkən F.CP 71 və F.CN 23 müşayiət sənədlərinə Bitki karantini idarəsinin təsdiq edilmiş ixrac üçün fitosanitar sertifikatı əlavə edilir.

Beynəlxalq bağlamanı qəbul edərkən daxili bağlamalar üçün müəyyən edilmiş qaydalardan əlavə poçt işçisi aşağıdakıları yoxlamağa borcludur:

1. "Rəhbərlik" üzrə təyinat ölkəsi ilə bağlama mübadiləsinə icazenin olub-olmamasını, bağlamanın içərisinə qoyulan əşyaların arasında həmin ölkəyə gətirilməsi qadağan olunmuş əşyaların olub-olmasını, lazımi nüsxədə F.CN 23 gömrük bəyannaməsinin qoyulmasını;

2. Bağlamaya xarici ölkədə idxalına icazə verilməyən və ya müəyyən olunmuş şərtlərə uyğun qaydada icazə verilən əşyaların qoyulmasını, həmçinin bəyannamədə yazılmış əşyaların bağlamada olan əşyalarla uyğunluğunu;

3. F.CP 71 qoşma ünvan blankının arxa tərəfində göndərici tərəfindən sərəncamın yazılmasını;

4. F.103-A siyahısının düzgün tərtib edilməsini.

Bağlamanın içərisindəki əşyalar gömrük bəyannaməsi ilə üzləşdirildikdən sonra bağlama poçt işçisi tərəfindən göndəricinin yanında qablaşdırılır və təyin olunmuş tariflər üzrə göndəricidən əlavə xidmət haqqı alınır, ödəniş qəbzi verilir.

Əgər bağlamanın qiyməti bəyan olunmuşdursa, poçt işçisi manatla göstərilən məbləği məzənnə əsasında MO tərəfindən PF göndərilmiş məzənnəyə uyğun XAH-a çevirməli, alman məbləği bağlamanın üzlüyündə və qoşma ünvan blankında yazmalıdır.

Qəbul edilmiş adi bağlamanın ünvan tərəfinin yuxarı sol hissəsində latın hərfləri ilə poçt müəssisənin adı və qəbul nömrəsi göstərilən F.CP 73 yarlığı , qiyməti bəyan olunmuş bağlamanın həmin yerində isə F.CP 73 yarlığında olan məlumatlardan əlavə, "V" hərfi yazılan F.CPvə74 yarlığı yapışdırılmalıdır. Bu yarlıqların (kiçik ölçüdə) ikinci hissəsi qoşma ünvan blankına yapışdırılır.

İçərisində şüşədən, kövrək və asanlıqla sınan materiallardan düzəldilmiş əşyalar olan bağlamaların üzərinə "Ehtiyatla" ("Fragile") sözü yazılmış yarlıq yapışdırılır, onun qoşma ünvan blankında isə "Kövrək bağlama" ("Colis fragile") sözü iri hərflərlə yazılır.İrihəcmli bağlamalarda və onların qoşma ünvan blanklarında “Encombrant”(İrihəcmli) sözü yazılır və ya həmin məzmunda yarlıq yapışdırılır.

Əşyalar yoxlanıldıqdan və qablaşdırıldıqdan sonra bağlamaya üz çəkilir, bütöv bərk iplə bağlanaraq, uclrı surğuc möhürü ilə möhürlənir və ya plomblanır. Ondan sonra bağlama tərəzidə çəkilir, onun F.CP 74 və F.CP 73 yarlığının altında və F.CP 71 qoşma ünvan blankında çəkisi yazılır.

Bağlamanın göndərilməsi üçün çəkiyə görə haqq alınır, qiyməti bəyan olunmuş bağlamaya görə isə, bundan başqa, bəyan olunmuş qiymətə görə ekspedisiya rüsumları alınır. Eyni zamanda, poçt işçiləri tərəfindən göstərilmiş əlavə xidmətlərə görə təyin olunmuş tarifə əsasən haqq alınır.

Nəzərdə tutulmayan hallarda kövrək və irihəcmli bağlamaya görə onun çəkisi üçün alınan haqqın məbləği 1,25 dəfə artırılır. Onların hava nəqliyyatı ilə göndərilməsinə görə tarif artırılmır. Kövrək və irihəcmli bağlamalar ancaq bu barədə müvafiq razılaşma olan ölkələrə qəbul edilir. Belə bağlamaların qəbulu haqda məlumat "Rəhbərlik"də nəzərdə tutulur. Əgər bağlama eyni zamanda həm kövrək, həm də irihəcmlidirsə, onda əlavə tarif ancaq bir dəfə alınır.

Xaricə göndərilən bağlamalara görə gömrük rəsmiləşdirilməsi üçün tarif üzrə əlavə haqq alınır. Qoşma ünvan blankına, üzərində göndərilmə haqqının məbləği, həmçinin işçinin imzası göstərilən "TP" ştampı və təqvim ştempelinin əksi vurulur.

Beynəlxalq bağlamaların qəbuluna dair ödəniş qəbzi yazılarkən, qəbzdə daxili bağlamalar üçün nəzərdə tutulan məlumatlardan əlavə təyinat ölkəsi də göstərilir. "Çatdırma üsulu" sətrində lazımi hallarda "Ehtiyatla", "İrihəcmli" və s. qeydlər edilir. Qəbul edilmiş beynəlxalq bağlamalar qoşma ünvan blankları ilə birlikdə, ayrıca F. 16 qaimələrdə (sayından asılı olmayaraq) BPMY olan PDM-ə göndərilir. Qaimədə ştrix-kod etiketinin nömrəsi, bəyan olunmuş qiymətin məbləği (manatla) təyinat ölkəsi, həmçinin xüsusi qeydlər göstərilir. Yazının sonunda bağlamaların, qoşma ünvan blanklarının və bəyannamələrin sayı yekunlaşdırılır.




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin