Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə15/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
XƏBƏRNAMƏLİ BPG

Qeydiyyatlı beynəlxalq poçt göndərişləri yalnız sadə xəbərnamə ilə qəbul edilməklə, yerüstü və ya hava nəqliyyatı ilə göndərilə bilər .Poçt müəssisəsində "Xəbərnamə ilə" qeydli poçt göndərişi qəbul edildikdə göndərici CN-07 xəbərnamə blankını doldurur. Blankın üz tərəfində göndəricinin ünvanı Azərbaycan dilində latın hərfləri ilə və ərəb rəqəmləri ilə, arxa tərəfinin yuxarı hissəsi isə mətnə uyğun olaraq doldurulur. Göndərişdə (bağlamada, həm də qoşma ünvan blankında) poçt işçisi "Avis de reception" ("AR") ştampının əksini vurur və xəbərnamə blankım göndərişə (və ya qoşma ünvan blankına) bərkidir. Sifarişli poçt göndərişinin çəkisi CN 07 xəbərnamə blankı ilə birlikdə təyin edilir. Sifarişli poçt göndərişlərində xəbərnamənin göndərilmə rüsumu sifarişli məktubun (banderolun) üzlüyünə əlavə olaraq yapışdırılmış poçt markaları ilə ödənilir. Kiçik paket, bağlama, qiyməti bəyan olunmuş məktub üçün xəbərnamənin haqqı nağd pulla ödənilir və göndərilmə haqqına əlavə olunur.

Ödəniş qəbzinin "Çatdırılma üsulu" və "Xüsusi qeyd" sətrində "Xəbərnamə ilə" qeydi edilir. Xəbərnamə ilə olan beynəlxalq poçt göndərişlərinin verilməsi və xəbərnamə blankının tərtibatı, daxili göndərişlər üçün nəzərdə tutulan qaydada aparılır, beynəlxalq poçt göndərişlərinin alınması barədə CN 07 "Xəbərnamə" blankında ünvan sahibi şəxsən və ya onun etibar etdiyi şəxs imza etməlidir. Xəbərnamənin göndərilmə tarixi F.8 kitabının axırıncı qrafasında və ya F.22 bildirişində qeyd edilir. Beynəlxalq poçt göndərişlərinin alınması barədə xəbərnamə, göndərişi verən poçt müəssisəsində tərtib edildikdən sonra göndərilən sadə beynəlxalq korrespondensiya ilə birlikdə göndərilir. Əgər beynəlxalq göndərişlə birlikdə blank alınmamışsa, təyinat yerinin poçt müəssisəsi xidməti qaydada yeni CN-07 xəbərnamə blankı tərtib edir.

BPG "Express", sifarişli göndərişlər və qiyməti bəyan olunmuş məktublar isə "A remettre en main propre" ("Şəxsən verilməli") qeydləri ilə qəbul edilə bilər. "Şəxsən verilməli" və "Xəbərnamə ilə" qeydli göndərişlər "Rəhbərlik"də göstərilən ölkələrin siyahısına əsasən qəbul edilir. "Express" və "Şəxsən verilməli" qeydli poçt göndərişlərinin ölçülərinə, çəkisinə və qablaşdırılmasına müəyyən edilmiş tələblər qoyulur. "Express" qeydli məktub, banderol və kiçik paketlərin, "Şəxsən verilməli" qeydli sifarişli göndərişlərin və qiyməti bəyan olunmuş məktubların qəbulundan əlavə, poçt işçisi "Ölkələrin Siyahısı" üzrə, "Express" qeydli bağlamaların qəbulundan əvvəl isə - "Rəhbərlik" üzrə yoxlayaraq, həmin ölkələrlə bu tipli göndərişlərlə mübadilənin edilib-edilmədiyini aydınlaşdırır. "Express" və "Şəxsən verilməli" qeydli sifarişli məktub və banderolların üzərinə onların göndərilməsi üçün alınmış məbləğə uyğun əlavə markalar yapışdırılır. Bağlamaların, qiyməti bəyan olunmuş məktub və kiçik paketlərin qəbulu zamanı əlavə ödəniş, göndəriş üçün alınan ödənişin ümumi məbləğinə əlavə edilir.

"Express" qeydli poçt göndərişlərinə qırmızı rənglə üzərində "Express" yazılmış yarlıq yapışdırılır. "A remettre en main propre" ("Şəxsən verilməli") qeydi sifarişli göndərişin, qiyməti bəyan olunmuş məktubun ünvan tərəfinin sol yuxarı küncünə göndərici tərəfindən yazılır.

"Express" və "Şəxsən verilməli" qeydli poçt göndərişlərinin qəbulu zamanı ödəniş qəbzinin "Çatdırma üsulu," ödəniş qəbzinin "Xüsusi qeyd" sətrində müvafiq qeydlər edilir. "Express" qeydli daxil olan göndərişlər (məktublar, poçt kartoçkaları, banderollar) rayon, inzibati ərazi vahidinin mərkəzlərində və ölkənin paytaxtında təcili, qalan məntəqələrdə isə adi qaydada çatdırılır. Beynəlxalq poçt mübadiləsi yerlərindən xaricə göndərilən poçt kisələrinin çəkisi 31,5 kq-dan çox olmamalıdır.




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin