Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları


POÇT GÖNDƏRİŞLƏRİNİN QRUP HALINDA QƏBULU



Yüklə 339,68 Kb.
səhifə17/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
POÇT GÖNDƏRİŞLƏRİNİN QRUP HALINDA QƏBULU

Hüquqi şəxslər bağlamaları F.103A siyahısı üzrə lazımi sayda F.CN 23 gömrük bəyannamələri və F.CP-71 qoşma ünvan blankı tərtib etməklə göndərirlər. Tərtib edilmiş F.CN 23 gömrük bəyannamələrinin bütün nüsxələri hüquqi şəxsin rəhbəri tərəfindən vəzifəsi göstərilməklə imzalanır və gerbli möhürlə təsdiqlənir.Beynəlxalq sifarişli məktublar göndərildikdə F. 103-A siyahısı üç nüsxədə tərtib olunur, onlardan biri məktublarla birlikdə göndərilir. Qiyməti bəyan olunmuş məktublar, kiçik paketlər və bağlamalar göndərildikdə F.103-A siyahısı üç nüsxədə tərtib olunur. Qəbul edilmiş kiçik paketlər və bağlamalar beynəlxalq poçt mübadiləsi yerlərinə iki nüsxədə F.103-A siyahısı ilə göndərilir. Sifarişli banderollar göndərildikdə F.103-A siyahısı dörd nüsxədə tərtib edilir, onlardan ikisi banderollarla birlikdə göndərilir. F.103-A siyahıları hüquqi şəxslərin rəhbərləri tərəfindən imzalanır və möhürlə təsdiqlənir. Hüquqi şəxslərin F.103-A siyahılarındakı imzalan gömrük bəyannamələrindəki imzalara uyğun olmalıdır.Qeydiyyatlı poçt göndərişləri siyahılara hər biri adbaad olmaqla yazılır.Siyahıların 1-dən 8-ə qədər qrafaları göndərici tərəfindən doldurulur. İçərisində təmir olunmuş, hissələri dəyişdirilmiş texniki məişət əşyaları və ya onların hissələri olan bağlamalar xaricə hüquqi və ya fiziki şəxslərin ünvanlarına göndərildikdə F.103-A siyahısının "Göndərici" sətrində hüquqi və ya fiziki şəxsin bütün ünvan məlumatları tam göstərilməlidir.F.103-A siyahıları üzrə poçt göndərişləri aşağıdakı qaydada rəsmiləşdirilir. Poçt işçisi göndərmə haqqının, çəkinin və siyahının doldurulmasının düzgünlüyünü yoxlayır. Poçt göndərişlərini adbaad və göndərənin şəxsiyyətini təsdiq edən sənədin məlumatlarım siyahıdakı yazılarla tutuşdurur. Poçt işçisi siyahının axırında təqvim ştempelinin əksini vurur, "Qəbul etdim" sözlərini, öz soyadını, vəzifəsini göstərərək imza edir. Hüquqi şəxslərdən qəbul edilmiş göndərişlər qrupuna bir ödəniş qəbzi, sifarişli göndərişlər üçün isə başqa bir ödəniş qəbzi yazılır. Ödəniş qəbzinin nömrələrinə siyahıdakı sıra nömrələrini kəsrlə əlavə etməklə, göndərişlərə onların nömrələri yazılır. Kəsrin surətində ödəniş qəbzinin nömrəsi, məxrəcində isə siyahının sıra nömrəsi göstərilir. Sifarişli göndərişlər üçün ödəniş qəbzində qəbzin sıra nömrəsindən sonra tire işarəsi qoyulur və axırıncı göndəriş üzrə nömrə yazılır. "Hara" sətrində yazı ilə siyahı üzrə qəbul edilmiş göndərişlərin sayı göstərilir, "Kimə" sətrində "Siyahı üzrə" qeydi edilir. Ödəniş qəbzinin "Cəmi məbləğ" sətirində isə çəki və bəyan olunmuş qiymətə görə alınmış haqqın ümumi məbləği yazılır, başqa qrafalar da eyni üsulla doldurulur. Sifarişli göndərişlər üçün ödəniş qəbzinin boş yerində göndəricinin istəyinə əsasən markanın məbləği göstərilməklə haqqı "Marka ilə ödənilmişdir" sözləri yazıla bilər.




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin