Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları


BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİNİN QƏBULU, İŞLƏNMƏSİ VƏ GÖNDƏRİLMƏSİ



Yüklə 339,68 Kb.
səhifə18/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİNİN QƏBULU, İŞLƏNMƏSİ VƏ GÖNDƏRİLMƏSİ
Sifarişli göndərişlərin qəbulu zamanı sifarişli göndərişin ünvan tərəfinin yuxarı sol küncündə (göndəricinin soyadı və ünvanından sonra) poçt işçisi ştrix-kod etiketinini və F.CN 04 yarlığı yapışdırır və ya bu yarlığı əvəz edən ştampın əksini vurur. Yarlıqda göndərişi qəbul edən poçt müəssisəsinin adı və göndərişin ödəniş qəbzi üzrə nömrəsi göstərilir. Əgər göndərici "Recommande" qeydini etməmişdirsə, onda bu qeydi xüsusi ştampla poçt işçisi yerinə yetirir.

"M" kisəsinin ünvan yarlığının üzərinə F.CN 22 "Gömrük" yarlığı yapışdırılır. "M" kisələrini sifarişlə göndərdikdə isə F.CN 04 yarlığı və ştix-kod etiketi də yapışdırılır.

Əgər göndərilən sadə və sifarişli korrespondensiyaya ştempel vurarkən təqvim ştempeli aydın olmazsa, onda zərfin üz tərəfinin boş yerində əlavə olaraq təqvim ştempelinin aydın əksi vurulur. Poçt qutularından çıxarılan sifarişli ("Recom-mende") göndərişlər, həmçinin "Express" qeydi olan göndərişlər, bütün müvafiq tələblərə cavab verərsə və haqqı tam ödənilibsə, onda müvafiq qaydada rəsmiləşdirilir. Müəyyən edilmiş vaxtda sifarişli göndərişlər bir nüsxədən ibarət tərtib edilmiş F. 11 reyestrinə (№-dən №-dək) yazılaraq, imza etdirməklə işlənmək və göndərilmək üçün müvafiq iş yerinə verilir. Sifarişli göndərişlərin qəbulu zamanı poçt işçisi göndərişin üzlüyünün etibarlılığına fikir verməlidir.

Poçt şöbələrində qəbul edilmiş beynəlxalq məktub korrespondensiyası PF göndərilir. Sayından asılı olmayaraq bu poçt göndərişləri postpaketlərə qoyularaq müvafiq BPMY göndərilir. Göndərilməzdən əvvəl korrespondensiyanın göndəriş haqqının ödənilməsinin, işlənməsinin düzgünlüyü və üzlüyünün bütövlüyü yoxlanılır.

Beynəlxalq korrespondensiya işlənməsindən asılı olmayaraq ölkə daxilində mövcud olan qaydaya uyğun olaraq, müvafiq nəqliyyat növü ilə göndərilir.

Sifarişli göndərişlər postpaketlərə qoyulmaz-dan əvvəl F. 11 reyestrinə aşağıdakılar yazılır: - ştrix-kod nömrısi, təyinat ölkəsi, tranzit məktubların isə, bundan başqa, qəbul yeri de qeyd edilir. Çoxlu sayda beynəlxalq korrespondensiya mübadiləsi olan poçt müəssisələri F. 11 reyestrlərinin nömrələnməsini, daxili göndərişlərin reyestrlərindən ayrıca apara bilərlər.

2 kq-a qədər çəkisi olan beynəlxalq sifarişli və sadə postpaketlər poçt müəssisələrindən kisələrdə daxili korrespondensiya ilə, çəkisi 2 kq-dan çox olduqda isə ayrıca kisələrdə göndərilir. Kisələrə üzərində "Beynəlxalq" və ya "Sifarişli beynəlxalq" yazılmış F.10 ünvan yarlıqları bərkidilir. Kisələr möhürlənir və ya plomblanır.

Hüquqi şəxslərdən qəbul edilmiş məktublar və banderollar bu Qaydalara əsasən nəzərdə tutulmuş sayda F. 103A siyahısı ilə postpaketlərə qoyulur. Postpaketin nömrəsi siyahının nömrəsinə uyğun olmalıdır. Postpaketlər F.11 reyestri üzrə işlənməyə verilir.

İçərisində sifarişli beynəlxalq korrespondensiya olan postpaketlər göndərilərkən F. 11 reyestrinə onların nömrələri, tranzitlərin isə nömrələri və haradan gəldiyi yazılır. Sadə postpaketlər qeydə alınmadan göndərilir.

Bakı şəhərində fəaliyyət göstərən iş həcmi çox olan PF göndərilən beynəlxalq korrespondensiya BPMY postpaketlər və poçt göndərişlərinin sayından asılı olmayaraq, ancaq ayrıca kisələrdə göndərilir.

Daxil olan beynəlxalq məktublar, poçt kartları, banderollar və "M" kisələri BPMY korrespondensiya üçün nəzərdə tutulan qaydalara uyğun şəkildə sonradan ünvan sahibinə verilmək üçün təyinat poçt müəssisələrinə göndərilir. Beynəlxalq məktub, banderol, poçt kartları, o cümlədən sifarişli BPG ünvan sahiblərinə daxili qaydalara uyğun olaraq verilir.


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin