ÖDƏMƏ ŞƏRTLİ POÇT GÖNDƏRİŞLƏRİ
Müştərilər tərəfindən elektron ticarət vasitəsilə və ya fiziki üsulla verilən sifarişlər əsasında ,onların ünvanlarına göndərilən və içərisində sifariş verilmiş mallar olan PG alanda “Ödəmə “şərtli PG adlanır.Veriləndə ödəniləsi məbləğ sifarişolmadan da göndərici tərəfindən təyin edilə bilər.
Ödəmə şərtli poçt göndərişlərinin çəkisi, ölçüsü və qablaşdırılması, onların qəbulu, işlənilməsi və çatdırılması qaydaları qiyməti bəyan olunmuş məktub və banderollara, qiyməti bəyan olunmuş bağlamalara tətbiq edilən tələblərə müvafiq olmalıdır. Veriləndə ödəniləsi məbləğ göndəricinin istəyinə görə müəyyən edilir, lakin bu məbləğ poçt göndərişinə qoyulan qiymətin məbləğindən artıq olmamalıdır.
Dostları ilə paylaş: |