Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə2/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   2   3   4   5   6   7   8   9   ...   37
BPG kateqoriyaları :

Sadə BPG

Məktubların işlənməsi vaxtı çətinliklərin yaranmaması məqsədi ilə onlar düzbucaqlı formaya malik zərflərdə göndərilməlidirlər. Poçt kartlarının işlənməsi vaxtı çətinliklərin yaranmaması məqsədi ilə. onlar kartondan və ya qalın kağızdan hazırlanmış və düzbucaqlı formaya malik olmalıdırlar. Onların qabarıq çıxıntılı hissələri olmamalıdır. Poçt kartlarının üz tərəfinin yuxarı hissəsində "Carte postale" ("Poçt kartı") qeydi olmalıdır. Bu qeydin rəngli vərəqələrdə olması vacib deyildir. Poçt kartları açıq şəkildə (zərfsiz) göndərilir.

Banderollar sekoqramların göndərilməsi üçün nəzərdə tutulur. Banderollarda gündəlik və şəxsi yazışma xarakteri daşıyan sənədlər, markalar, ödəniş blankları və qiymət kəsb edən digər sənədlər göndərmək olmaz.

Sekoqramlara-rəsmi tanınmış açıq şəkildə təqdim olunan sekoqrafik üsulla yazılmış məktublar, sekoqrafik işarəli klişelər, korlar üçün nəzərdə tutulmuş səsli yazılar aiddir.

"M" kisələri dedikdə, içərisində qəzetlər, kitablar olan və eyni ünvana, eyni ünvan sahibinə və eyni təyinat məntəqəsinə ünvanlanan xüsusi kisələr anlaşılmalıdır.

Kiçik paketlərin ünvan tərəfinin mümkün qədər sol yuxarı küncündə "Petit paquet" (kiçik paket) qeydi olmalıdır.

BPG (məktublar və bağlamalar) içərisinə qoyulmuş əşyaların göndərici tərəfindən qiyməti bəyan olunursa, onlar qiyməti bəyan olunmuş göndərişlər adlanır. Bəyan olunmuş qiymət bu göndərişlərin həqiqi qiymətindən artıq ola bilməz.

Göndəricilərə qəbz verilmədən qəbul edilən poçt göndərişləri (məktublar, poçt kartları, banderollar və "M" kisələri) sadə BPG adlanır. Belə göndərişlər poçt sənədlərində qeydiyyatdan keçmədən göndərilir və sahibinə imza etdirilmədən verilir.




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin