Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə20/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
Göndərilməsi

Poçt göndərişi verilərkən ünvan sahibindən alınmış məbləğ pul köçürməsi vasitəsi ilə göndərilir. Həmin köçürmənin göndərilmə haqqı poçt göndərişini göndərən tərəfindən ödənilir.

Ödəmə şərtli qiyməti bəyan olunmuş məktub və banderollar, bağlamalar göndərildikdə, göndərici tərəfindən F.MP-l(ÖŞ) pul köçürmə blankı doldurulur.

Ödəmə şərtli göndərişlərin pul köçürməsi blankının üz tərəfində xüsusi olaraq ayrılmış yerdə göndərici tərəfindən barat məbləğinin hansı növ göndəriş üçün ona göndəriləcəyini, göndərişin təhvil verildiyi yeri (poçt şöbəsinin adı), onun təhvil verildiyi tarixi, göndərişin haraya, kimin adına göndərildiyini göstərməlidir. Ödəmə şərtli poçt göndərişlərinin eyni göndərici tərəfindən göndərilməsindən və eyni ünvan sahibinin adına olmasından asılı olmayaraq, onların hər biri üçün ayrıca pul köçürmə blankı tərtib edilməlidir. Ödəmə şərtli poçt göndərişinin üzərində göndərici tərəfindən göstərilən geri ünvanı və ad, ona qaytarılası məbləğ üçün tərtib olunmuş pul köçürmə blankında göstərilən ünvan və ada tam uyğun olmalıdır.



Qəbulu

Ödəmə şərtli göndərişləri qəbul edərkən poçt işçisi əlavə olaraq göndərişin üzərində veriləndə ödənilməli məbləğin göstərilib-göstərilmədiyini, veriləndə ödəniləcək dəyər məbləğinin göndərişə qoyulan qiymətin məbləğindən artıq olub-olmadığını, ödəmə şərtli F.MP-1 (ÖŞ) pul köçürməsi blankının düzgün doldurulduğunu və onun göndərişin üstündə göstərilən məlumatlara uyğun olmasını yoxlayır.Göndəriş üçün ödəniş qəbzi yazıldıqdan sonra poçt işçisi F.MP-1 (ÖŞ) pul köçürməsi blankında göndərişin qəbul nömrəsini qeyd edir.

Poçt işçisi F.MP-1 (ÖŞ) blankının "yazılı məlumat üçün" hissəsində veriləndə ödəmə məbləğinin hansı göndəriş üçün olduğunu, onun nömrəsini, qəbul tarixini və yerini, göndərişin haraya və kimin ünvanına göndərildiyini göstərir.

Poçt göndərişi qəbul edilərkən, veriləndə ödəniləcək dəyərin məbləği yazılan pul köçürmısi blankına təqvim ştempeli vurulmur. Qiyməti bəyan olunmuş məktub və banderol qəbul edildikdən sonra, veriləndə ödəniləcək məbləğin pul köçürməsi blankı ona bərkidilir.

Qiyməti bəyan olunmuş banderol polietilen üzlükdə qəbul edildiyi halda, veriləndə ödəniləcək məbləğin pul köçürməsi blankı göndərişin içinə (ünvan yarlığının altına) qoyulur.

Poçt göndərişi, veriləndə ödəniləcək məbləğin göndərilməsi üçün barat blankı olmadan daxil olduğu hallarda, təyinat yerinin poçt müəssisəsi göndərişin üzərindəki məlumatlara əsasən lazım olan bütün məlumatlar göstərilməklə yeni F.MP-1 (ÖŞ) barat blankı doldurmalıdır.




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin