Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları


AVİA POÇTUN GÖNDƏRİLMƏSİ VƏ MÜBADİLƏ EDİLMƏSİ



Yüklə 339,68 Kb.
səhifə22/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   18   19   20   21   22   23   24   25   ...   37
AVİA POÇTUN GÖNDƏRİLMƏSİ VƏ MÜBADİLƏ EDİLMƏSİ
Poçtun daşınması zamanı poçt müəssisələrinin və hava nəqliyyatı müəssisələrinin hüquqları, öhdəlikləri və məsuliyyətləri bu Qaydalar və bağlanılmış müqavilələrlə tənzimlənir.

Poçtu hava nəqliyyatı ilə göndərmək üçün poçt müəssisələri tərəfindən sadə, sifarişli, qiyməti bəyan olunmuş məktub və banderollar və kiçik həcmli bağlamalar, qiyməti 80 AZN-dən arüq olan bağlamalar təyyarənin enəcəyi hər bir məntəqə üçün ayrı-ayrı kisələrə qoyularaq bağlanılır. Qalan bağlamalar, o cümlədən "Ehtiyatla" qeydli bağlamalar kisələrə qoyulmadan, açıq halda göndərilir.

Bəyan olunmuş qiyməti 80 AZN-dən artıq olan "Ehtiyatla" qeydli "AVIA" bağlamalar, yalnız müntəzəm yerüstü əlaqə olmayan məntəqələrə göndərilə bilər.

Hava nəqliyyatı ilə göndərilən BPG, üzərində onların mənsubluğu göstərilən mavi rəngli və ya enli göy xətli kisələrə qoyulur.Beynəlxalq məktub korrespondensiyası göndərilən avia kisələrə al qırmızı rəngli F.CN-35, bağlama kisələrinə isə sarı rəngli F.CP-84 ünvan yarlıqları bərkidilir. Ünvan yarlıqlarının üzərində depeşin (poçt göndərişləri qrupu) nömrəsi, göndərilmə tarixi, təyinat yerinin, depeşi tərtib edən mübadilə yerinin, depeşin boşaldıldığı və ya yükləndiyi hava limanının adlan, kisənin xalis çəkisi göstərilməlidir.

İçərisində poçt olan kisələrin çəkisi 5 kq-dan az olmamalıdır. Hava nəqliyyatı marşrutu olan məntəqəyə göndərilən və çəkisi 5 kq-dək olan korrespondensiya kisələri onları göndərən məntəqələr tərəfindən F.16 qaiməsi ilə birlikdə bir ümumi kisəyə qoyulub bağlanır. Qaimənin surəti poçt müəssisələrində qalır.Kisənin çəkisinin az olmasına istisna hal kimi,"Beynəlxalq" və "Qiymətli" poçt olan kisələr, həmçinin ayrıca enmə məntəqəsinə çəkisi 5 kq-a
qədər olan bir kisə göndərilməsinə yol verilir.


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin