Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə23/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
İşlənməsi

Poçtun hava nəqliyyatı ilə göndərilməsi üçün poçt müəssisələri aşağıdakı sənədləri tərtib edirlər:

1. Poçt göndərişlərinin və qablarının göndərilməsi üçün 2 nüsxədən ibarət F. 16-A qaiməsini ;

2. Təyyarənin hər bir tranzit və son enmə məntəqəsinə göndərilən poçt üçün üç nüsxədən ibarət F.16-A ümumi qaiməsini;

3. Hər bir reys ilə göndərilən poçtu təhvil verdikdə, bütün poçt üçün iki nüsxədən ibarət F. 16-B reys qaiməsini

İçərisində beynəlxalq və qiyməti bəyan olunmuş poçt göndərişləri olan kisələr, qiyməti 80 AZN-dən artıq olan "Ehtiyatla" qeydli bağlamalar üçün, poçtun yer sayından asılı olmayaraq, hava nəqliyyatının hər bir enmə məntəqəsi üçün ayrıca qaimə tərtib edilir. Qaimənin yuxarı sağ küncündə ştampla, ya da əl ilə "Qiymətli" qeydi edilir. İçərisində beynəlxalq, poçtun qiymətli göndərişləri, korrespondensiya olan kisələr, bəyan olunmuş qiyməti 80 AZN-dən artıq olan "Ehtiyatla" qeydli bağlamalar və bağlamalar qrupuna ayrıca qaimələr tərtib edilir.

Ümumi qaimənin birinci və ikinci nüsxələri, bu qaiməyə yazılmış ayrıca qaimələrin birinci nüsxələri ilə birlikdə, təyyarə ilə göndərilən poçtu müşayiət edən sənədlərin göndərildiyi F.33 zərflərinə qoyulur. Qiymətli poçtun ayrıca qaimələri zərfdə, ümumi qaimənin üstünə qoyulur. Zərfin üzərində sol tərəfdə poçtun təyinat məntəqəsindəki hava limanının adı, reysin və hava nəqliyyatının nömrəsi, poçtu göndərən poçt müəssisəsinin adı, zərfə qoyulmuş qaimələrin və cədvəllərin sayı göstərilir. Zərfin sağ tərəfində poçt qablarının və göndərişlərinin sayının (növlər üzrə) yekunu və poçtun ümumi çəkisi göstərilir.

Zərfin üzərində göstərilən məlumatlar poçt işçisi tərəfindən imzalanır və təqvim ştempeli ilə təsdiq edilir.

F.16-B reys qaiməsina F.16-A ümumi qaimələri daxil edilir və ardıcıl olaraq poçtu daşıyan təyyarənin enmə məntəqələri, poçtun haraya istiqamətləndirildiyi, onun növlər üzrə sayı, ümumi sayı və hər bir enmə məntəqəsinə qədər çəkisi göstərilir. Təyyarənin hər bir reysi üçün reys qaiməsi tərtib edilməlidir.

Beynəlxalq və içərisində poçtun qiymətli göndərişləri olan kisələr, qiyməti 80 AZN-dən artıq olan "Ehtiyatla" qeydli bağlamalar istisna olmaqla, bütün poçt bilavasitə ümumi qaiməyə yazılır.

Poçt işçisi hava limanı nümayəndəsindən (heyət üzvündən) poçtu aldıqda aşağıdakıları yoxlayır:

1. Zərfdə həmin hava xəttinin hər bir hava limanından ümumi qaimələrin, habelə ümumi qaimələrə yazılmış ayrıca qaimə və cədvəllərin olduğumu;

2. Ümumi qaimələrə əsasən beynəlxalq, qiymətli kisələri, bəyan olunmuş qiyməti 80 AZN-dən artıq olan "Ehtiyatla" qeydli bağlamaları adbaad, qalan poçt göndərişləri və qablarının isə sayını;

3. Göndərişin üzlüyünün, iplərinin, möhürlərin, plombların bütövlüyünü.

Poçt işçisi poçtun qəbulunu qurtardıqdan sonra qəbul edilən göndərişlərin və qabların yazı ilə saymı göstərərək imza edir. Poçt hava limanındakı poçt müəssisəsində qəbul edilərsə, imza təqvim ştempeli vurulmaqla təsdiq edilir.

Qaiməyə yazılmış poçt göndərişi alınmadıqda, zədəli alındıqda, beynəlxalq və qiymətli kisələr dəyişdirilmiş olduqda, poçt sənədsiz və ya sənədlər poçtsuz alındıqda, hava nəqliyyatı reysinin tranzit və ya son məntəqələrində dörd nüsxədən ibarət müəssisələrarası F.52 aktı tərtib edilir. Aktların iki nüsxəsi hava nəqliyyatı müəssisəsinə, ikisi isə poçt müəssisəsinə verilir. Aktın bütün nüsxələri bərabər hüquqi qüvvəyə malikdir. Müqavilə şərtlərinin ye bu Qaydaların pozulmasının səbəbi yoxlanarkən, düzgün nəticə çıxarmağa əsas verən məlumatlar aktda öz əksini tapır. Akt, vəzifələri müqavilə ilə müəyyənləşdirilmiş poçt işçisi və hava limanı işçisi tərəfindən imzalanır. İmzalar poçt müəssisəsinin təqvim ştempeli və hava limanının ştampı ilə təsdiqlənir. Poçtun qəbul edilməsi haqda imza edildikdən sonra bağlamaların, korrespondensiya kisələrinin, mətbuat-kisələrinin və dəstlərinin dəyişdirilməsi aşkar edilərsə, poçt müəssisəsi işçilərinin imzası ilə F.51 aktı tərtib edilir. Poçt müəssisəsi işçisinin yoxlamasından sonra hava nəqliyyatı müəssisəsinin təqsiri aşkar edildikdə isə idarələrarası akt tərtib edilir.Bütün hallarda yoxlama aparılması üçün hava nəqliyyatının yükləndiyi yerin poçt müəssisəsinə poçt göndərişinin alınmadığı (dəyişdirildiyi) haqda teleqram göndərilir.

Kisələrin və bağlamaların ipləri qırıldıqda, üzlüyü, plombu (möhürü) zədələndikdə,bu poçt göndərişləri və qabları çəkilir, faktiki çəki yarlıqda və sənədlərdə göstərilən çəki ilə tutuşdurulur. Poçt göndərişi (qabı) içərisi yoxlanılmaq üçün poçt işçisi tərəfindən hava nəqliyyatı müəssisəsi nümayəndəsinin iştirakı ilə açılır. Belə hallarda müəssisələrarası aktdan əlavə, göndərişin (qabın) açılmasında iştirak edən hava nəqliyyatı müəssisəsinin və poçt işçisinin imzası ilə F.51 aktı tərtib edilir. Akt imzalanmayınca poçt işçisi qəbul edilmiş poçt üçün imza etmir.

Hava nəqliyyatı müəssisəsinin təqsiri üzündən poçt təyinat yerinə verilməmişdirsə, bu poçt digər poçtdan ayrıca, F.16.B reys qaiməsi tərtib edilərək ilk reyslə ödənişsiz olaraq təyinat yerinə göndərilir. F.16.B reys qaiməsinin üstündə poçt işçisi tərəfindən "Pulsuz göndərilir, hava nəqliyyatı müəssisəsinin günahı üzündən başqa yerə aparılmışdır" qeydi edilir. Əgər yaxın vaxtda hava gəmisinin belə reysi yoxdursa, poçt müəssisəsi ilə razılaşma əsasında daşınma zamanı səhvə yol vermiş hava nəqliyyatı müəssisəsinin hesabına poçt dəmiryolu və ya başqa nəqliyyatla təyinat yerinə göndərilə bilər.

Əgər hər hansı bir səbəbdən poçt hava nəqliyyatı ilə göndərilməmişdirsə, hava nəqliyyatı marşrutu olan bütün məntəqələrə teleqram göndərilir. Poçt reysdənkənar hava nəqliyyatı ilə göndərildikdə də belə teleqram göndərilir.

Poçt mübadiləsinin təşkili və onun hava nəqliyyatı ilə göndərilməsi ilə əlaqədar bu bölməyə daxil edilməmiş məsələlər bağlanmış müqavilələr ilə tənzimlənir.




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin