Teleqramların çatdırılması
Daxil olmuş teleqramlara PŞ ımıliyyatçısı tərəfindən isə kompüterdə hər 30dəqiqədən gec olmayaraq ,PŞ rəisi tərəfindən isə hər 1 saatdan gec olmayaraq baxış keçirilir,şap olunmuş teleqramlar poçtalyona iltizamnamə ilə birlikdə verilir.
Teleqramların qəbulu ,ötürülməsi və çatdırılması işlərinin aparılması həvalə edilmiş işçi tərəfindən çatdırmaya verilən teleqramlara dair lazımi qeydlər nəzarət kartına yazılır və paçtalyona imza etdirməklə verilir.Nəzarət kartı hər paçtalyon üçün ayrıca aparılır.Paçtalyon teleqramın çatdırılmasını təsdiq edən rəsmiləşdirilmiş iltizamnaməni,çatdırılması mümkün olmadıqda isə iltizamnamədə çatdırılma səbəbini göstərərək teleqramla birlikdə təyin olunmuş nəzarət müddətində PŞ bu sahəyə baxan məsul işçiyə verir. Bu işçi isə bu məlumatları kompüterə işləyir.
Daxil olan teleqramlar Pş aid olmadıqda ,ünvan səhv göstərildikdə ,ünvan sahibi köçdükdə,ünvan yarımçıq olduqda və s.hallarda bu barədə teleqramı ötürən PŞ kodla xidməti teleqram göndərilir.Teleqram səhvən daxil olduqda isə onun təyinat yeri müəyyənləşdirilir və “yeni ünvana göndərilir” qeydi edilərək dərhal təyinatı üzrə ötürülür.
Beynəlxalq teleqramların çatdırılmasının nəzarət keçid müddətləri:
-təcili teleqramların işlənməsi və ötürülməsi -30 dəqiqə,çatdırılması -1saat 30 dəqiqə
-adi teleqramların işlənməsi və ötürülməsi -1 saat,çatdırılması-3saat
Kompüter olmayan yaşayış məntəqələrində
-təcili teleqramların işlənməsi və ötürülməsi-1saat,çatdırılması-3saat
-adi teleqramların işlənməsi və ötürülməsi-2 saat,çatdırılması -4saat
Dostları ilə paylaş: |