Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları


BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİNİN YENİ ÜNVANA GÖNDƏRİLMƏSİ VƏ QAYTARILMASI



Yüklə 339,68 Kb.
səhifə29/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   25   26   27   28   29   30   31   32   ...   37
BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİNİN YENİ ÜNVANA GÖNDƏRİLMƏSİ VƏ QAYTARILMASI

Beynəlxalq poçt göndərişləri yeni ünvana göndəricinin və ya ünvan sahibinin ərizəsi və F.CP 71 blankında göndəricinin sərəncamına əsasən göndərilir.Bağlamaların xaricə, yeni ünvana göndərilməsinə görə ünvan sahibindən, ölkədən göndərilən beynəlxalq bağlamanın göndərilməsi üçün hesablanan məbləğdə rüsum haqqı alınır. Xarici ölkələrə yeni ünvana göndərilməli olan poçt göndərişləri onların alındığı beynəlxalq poçt mübadiləsi yerlərinə göndərilir. Gömrük rüsumlu bağlama və ya kiçik paket ölkənin hüdudlarından kənara, yeni ünvana göndərilirsə, belə hallarda yeni ünvana göndərilməni icra edən poçt müəssisəsi bağlama və kiçik paketin yoxlanılmış olduğu beynəlxalq poçt mübadiləsi yerinə yeni ünvana göndərilmə haqqında bildiriş göndərir. Bildirişdə poçt göndərişinin qəbul və dövriyyə nömrəsi, onun qəbul olunduğu yer və təyinat yeri, ünvan sahibinin adı, göndərişin hara və nə vaxt yeni ünvana göndərilməsi, əlavə olaraq, göndərilmənin səbəbi, gömrük rüsumunun məbləği göstərilir. Bildiriş müəssisənin rəisi (onun müavini) tərəfindən imzalanır və təqvim ştempelinin əksi ilə təsdiqlənir Qiyməti bəyan olunmuş beynəlxalq məktublar və kiçik paketlər yeni ünvana bağlı kisələrdə, F.16 qaiməsində qəbul olunduğu məntəqənin və ölkənin adı, ştrix-kod etiketinin nömrələri yazılmaqla göndərilir. Qiyməti bəyan olunmuş məktublar, həmçinin gömrük rüsumlu kiçik paketlər qaiməyə yazıldıqda, bəyan olunmuş qiyməti və gömrük rüsumu məbləği manatla əlavə edilir. Beynəlxalq sifarişli göndərişlər F. 11 reyestrində qəbul olunduğu ölkə və ştrix-kod etiketinin nömrəsi göstərilməklə, ayrıca postpaketlərdə yeni ünvana göndərilir.

Xaricdən daxil olmuş, verilməmiş poçt göndərişləri müəyyən olunmuş saxlanılma müddəti bitdikdən sonra onlar alındığı beynəlxalq poçt mübadiləsi yerlərinə göndərilir. Ünvan sahibinin tapılmaması və ya ölümü, almaqdan imtina və s. nəticəsində geri qaytarılan korrespondensiya göndərilən beynəlxalq korrespondensiya üçün nəzərdə tutulmuş qaydalara uyğun göndərilir.

Xaricə qaytarılmalı və ya yeni ünvana göndərilməli olan hər bir poçt göndərişinə rəsmiləşdirilmiş F.CN 15 yarlığı yapışdırılır. F.CN 15 yarlığında qeyd olunmuş göndərişin qaytarılma səbəbi haqqında məlumatlar müəssisənin (sexin, sahənin) rəisi və ya onun müavini tərəfindən imza ilə təsdiqlənməli və təqvim ştempelinin əksi vurulmalıdır. Çatdırılmamanın səbəbi haqqında göndərişin üzərində qeydlər edilməməlidir. Bağlama qaytarıldıqda və ya yeni ünvana göndərildikdə bağlamanın qoyulduğu kisənin boğazına bağlanmış yarlığı ünvan tərəfinə F.CN15 yarlığı yapışdırılır.

Ünvan sahibinə çatdırılması mümkün olmayan (yaşamır, almaqdan imtina edir, vəfat edib, ünvan tam deyil və s.), gömrük rüsumlu və rüsumsuz bağlamalar və kiçik paketlər dərhal, gömrük işçisi tərəfindən yoxlamanın aparıldığı beynəlxalq poçtun mübadilə yerinə göndərilir. İçərisində çatdırılmamış bağlamalar olan poçt kisələri PDM-də açılır və F.CP 71 qoşma ünvan blankına əsasən göndəricinin sərəncamına uyğun olaraq bağlama ilə necə rəftar etmək dəqiqləşdirilir. Qoşma ünvan blankında göndəricinin "Xəbərdar etməli" qeydi olduqda, bağlama ünvan sahibinə çatdırılmadığı halda F.CP 71 qoşma ünvan blankı əlavə edilməklə və çatdırılmamanın səbəbi göstərilməklə, MO-nun müvafiq şöbəsinə sorğu göndərilir. MO-nun müvafiq şöbəsindən göstəriş alınana qədər bağlamalar nəzərdə tutulmuş qaydada saxlanılır. Gömrük orqanları tərəfindən buraxılmamış, qoşma ünvan blankında "Göndəricini xəbərdar etməli" qeydi olan bağlamalar da eyni qaydada işlənilir. Əgər qoşma ünvan blankında göndəricinin sərəncamında bir neçə bir-birinə zidd qeydlər olarsa, belə bağlamalar MO-nun müvafiq şöbəsinə qabaqcadan sorğu göndərmədən, qəbul olunduğu yerə qaytarılır.

Göndərilməmişdən əvvəl bağlama kisəsi diqqətlə yoxlanılır və nəzarətçi şəxsin iştirakı ilə çəkilir, nəticələr CN-15 yarlığında qeyd edilir. Bundan başqa, kisə yarlığında əvvəlki ünvanın üzərindən xətt çəkilir, mübadilə yerinin adı və bağlamanın qaytarılma səbəbi göstərilir. Qeyd nəzarətçi şəxs tərəfindən imzalanır. PDM tərəfindən bağlamanın saxlanılması, əlavə olaraq göndərilməsi və s. üçün ödəniş məbləği hesablanaraq F.CP 77 tariflər cədvəlinə yazılır və cədvəl bağlamanın sənədlərinə əlavə edilir.

Ünvan sahibinin bağlamanın üzərində (qoşma ünvan blankında) göstərilmiş soyadı ilə təqdim olunmuş sənəddəki soyadının uyğun olmaması nəticəsində bağlama çatdırılmadıqda, təyinat yerinin poçt müəssisəsi ilk göndərilən poçtla, bağlamanın gömrük işçisi tərəfindən yoxlanıldığı Beynəlxalq Poçt Mübadiləsi Yerinə məktub-sorğu göndərərək, çatdırılmamış bağlama ilə necə rəftar etməyi xəbər verməyi tələb edir. Sorğuda qəbul nömrəsi, mübadilə yerində verilmiş sıra nömrəsi, bağlamanı qəbul edən ölkənin tam adı, ətraflı ünvan, alan şəxsin soyadı, adı və atasının adı göstərilir.

Əgər qaytarılan bağlama kisəsi yoxlanıldığı zaman üzlüyün zədələnməsi və ya çəkinin düz olmaması aşkar edilərsə, içərisindəkilərin yoxlanılması üçün kisə açılır və bu barədə akt tərtib edilir. İçərisindəkilər çatışmadıqda dərhal araşdırma aparılır.




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin