Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları


PAYLANMASI MÜMKÜN OLMAYAN POÇT GÖNDƏRİŞLƏRİNİN UÇOTU, SAXLANMASI, AÇILMASI, SATIŞI VƏ MƏHV EDİLMƏSİ



Yüklə 339,68 Kb.
səhifə31/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
PAYLANMASI MÜMKÜN OLMAYAN POÇT GÖNDƏRİŞLƏRİNİN UÇOTU, SAXLANMASI, AÇILMASI, SATIŞI VƏ MƏHV EDİLMƏSİ
PDM-də, içərisində paylanmamış poçt göndərişləri olan postpaketlər, bağlı qablar və onlara aid sənədlər imza edilərək işlənmək və araşdırılmaq üçün paylanmamış göndərişlərin saxlandığı yerə verilir. Əgər paylanmamış göndərişlərdə onların ünvan sahiblərinə və ya göndəricilərə verilməməsinin səbəbləri haqqında bu Qaydalarda nəzərdə tutulmuş arayışlar, habelə arayışlarda nəzarət edən şəxsin imzası olmadıqda, belə göndərişlər lazımi qaydada geri qaytarılır. Göndərişin çəkisinin əskik olduğu, onun açıldığını göstərən izlər, üzlüyün, iplərin, möhürlərin və s. zədələndiyi aşkar edildiyi hallarda F.51 aktı tərtib edilir və araşdırma aparılır.

Paylanmamış poçt göndərişləri PDM-də F.21 kitabında qeydə alınır və etibarlı qaydada saxlanılır. Saxlanmaq üçün gələn göndərişlərin sayından asılı olaraq, F.21 kitabı ayrı-ayrı göndəriş növləri üçün və ya bütün növlər üçün birlikdə aparıla bilər. Sadə korrespondensiya kitaba ümumi sayla, qeydə alınanlar isə adbaad yazılır. F.21 kitabı qaytanlanır, möhürlənir və müəssisə rəhbərinin və ya onun müavininin imzası ilə təsdiq edilir.

Saxlanan poçt göndərişinin göndəriciyə və ya ünvan sahibinə verilməsi haqqında müştərinin əsaslandırılmış ərizəsi və ya poçt müəssisəsinin məktubu alınarkən, göndəriş verilmək üçün göndərilir. Belə hallarda F.21 kitabında göndərişin nə zaman, haraya və hansı tələb əsasında verildiyi (yenidən göndərildiyi) haqqında qeyd yazılır.

Paylanılmayan poçt göndərişləri qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla PDM-ə daxil olduğu gündən etibarən 6 ay müddətində saxlanılır.Bu müddət ərzində ünvan sahibi və ya göndərici aşkar edilərsə, poçt göndərişi müvafiq qaydada ona verilir və göndərişin saxlanılması üçün müəyyən olunmuş qaydada haqq alınır.

MO 3 (üç) ayda bir dəfədən az olmayaraq paylanmayan poçt göndərişlərinin açılmasına razılıq almaq üçün məhkəməyə müraciət edir.

Paylanmayan poçt göndərişlərinin açılmasını, satışım və məhv edilməsini MO tərəfindən yaradılan və daimi fəaliyyət göstərən xüsusi komissiya həyata keçirir. Komissiyanın tərkibi 2 nəfərdən az olmamaqla, MO və Nazirliyin 1 nəfər nümayəndəsindən ibarət təşkil edilir.

Poçt göndərişlərinin açılması və sahibsiz hesab edilməsi barədə məhkəmənin qərarına əsasən, paylanmayan poçt göndərişləri komissiya tərəfindən açılır və müvafiq akt tərtib edilir.

Poçt göndərişlərinin saxlanılması, açılması, satışı və məhv edilməsi ilə bağlı "Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları"nda nəzərdə tutulmayan digər məsələlər MO müəyyən olunmuş qaydada təsdiq edilmiş daxili normativ sənədi ilə həyata keçirilir.

Açılmış poçt göndərişlərində aşkar edilən qiymətli mallar mülki qanunvericiliyə uyğun olaraq, hərraclar vasitəsi ilə satılır.

Poçt göndərişini göndərənin və ya ünvan sahibinin qeydə alınan poçt göndərişinin qəbul edildiyi gündən etibarən altı ay müddətində paylanmamış poçt göndərişlərinin içərisindən çıxarılan pulu və qiymətli kağızlan geri almağa, habelə içərisində göndərilən əşyaların satışından əldə edilən pulu almağa ixtiyarı vardır. İddia verilmə müddəti qurtardıqdan sonra, içində göndərilən əşyaların satışından alınmış pul və göndərişlərin içərisindən çıxan nağd pul dövlət büdcəsinə köçürülür.

Əşyaların satışından əldə edilən ümumi məbləğin kassaya mədaxili barədə məlumat F.21 kitabına yazılır.


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin