Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə33/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   29   30   31   32   33   34   35   36   37
PUL BARATLARININ ÖDƏNİLMƏSİ
Müvafiq qaydada ödənişə daxil olmuş və çatdırılma haqqı göndərici tərəfindən ödənilmiş baratlar müəyyən olunmuş müddətlərdə onların sayı və ümumi məbləği göstərilməklə F.55 kitabına yazılır və evlərə çatdırmaq üçün bu kitabda imza etdirməklə poçtalyona verilir.

Çatdırmaq üçün baratları qəbul edən işçi F.55 kitabında yazılan qeydləri yoxlayır, baratları və alınan pulun məbləğini sayır, bundan sonra kitabda baratların sayını rəqəmlə, alınan pulun ümumi məbləğini isə yazı ilə göstərməklə imzalayır.

Yerli şəraitdən, pulun və işçilərin təhlükəsizliyinin qorunması şərtlərindən asılı olaraq, ünvan sahiblərinə evlərdə Ödənilmək üçün bir işçiyə verilən pulun məbləği MO tərəfindən müəyyən edilir.

Pulu alan zaman ünvan sahibi bildirişdə təqdim olunmuş sənəd haqqında məlumatları yazır və onu imzalayır.

Pulu ödəməzdən əvvəl poçt işçisi aşağıdakıları etməyə borcludur:

1.Ünvan sahibinin sifət quruluşunun təqdim olunmuş sənəddəki fotoşəkli ilə uyğunluğunu, fotoşəklin dəyişdirilməsi faktının olub-olmamasını, qaralanmanın, əlavə yazıların, şəxsiyyəti təsdiq edən sənədin nömrəsində, verilmə tarixində düzəlişlərin olub-olmamasını yoxlamağa;

2. Bildirişdə ünvan sahibi tərəfindən sənəd haqqında yazılmış məlumatların sənədin əsli ilə uyğunluğunu yoxlamağa;

3. Alınacaq məbləğin bildirişdə (manatların yazı ilə, qəpiklərin rəqəmlə) yazılmasını ünvan sahibinə izah etməyə;

4.Ünvan sahibi tərəfindən bildirişdə yazılan məbləğin bildiriş üzrə daxil olmuş məbləğə uyğunluğunu yoxlamağa.

Ödəniş aparılan pul baratında yazılı məlumat olarsa, poçt işçisi ünvan sahibini bu məlumatla tanış edir və bu barədə bildirişdə ona əlavə imza etdirir. Ünvan sahibinin xahişi ilə yazılı məlumatın mətninin surəti çıxarılıb, poçt işçisinin imzası ilə təsdiqlənərək ona verilə bilər və sonra poçt işçisi pulu ödədiyi barədə bildirişdə Ödəniş tarixini göstərməklə imza edir.

Pul baratında və təqdim olunan sənəddə ünvan sahibinin soyadında, adında, atasının adında hər hansı fərq olduğu, həmçinin təqdim olunan sənədin düzgünlüyü şübhə doğurduğu hallarda həmin barat üzrə pul evdə ödənilmir. Bu halda ünvan sahibinə baratın daxil olması haqqında bildiriş verilir və ona poçt müəssisəsinə müraciət etmək təklif olunur. Belə baratların ödənişini poçt müəssisəsinin rəhbəri həll edir.

Əgər baratı evdə ödəmək mümkün olmursa, onda poçtalyon bildirişdə ödənilməmənin səbəbini göstərir və onu imzalayır. Bildiriş abunə qutusuna qoyulur.

Hər çatdırmadan sonra poçt işçisi ödənilmiş və ödənilməmiş baratları, həmçinin qalıq pulu nəzarətçi şəxsə təhvil verməlidir.

Hesabatı qəbul edən işçi aşağıdakıları etməyə borcludur:

1. Ödənilən baratların bildirişlərinin sayını və məbləğlərini yoxlamağa, bildirişlərdə təqdim edilmiş sənədlər haqqında tam məlumatın və ünvan sahibinin pulu almasına dair imzasının olub-olmadığını, həmçinin bildirişlərdə baratı ödəyən işçinin imzasının olub-olmadığını yoxlamağa;

2. Pulu və ödənilməmiş baratları qəbul etməyə və markaları təqvim ştempeli ilə ləğv etməyə;

3. F.55 kitabında ödənilən baratların sayını, məbləğini və qaytarılmış baratların saymı və qaytarılmış pulun məbləğini yazmağa.

Göstərilən qeydlərin düzgünlüyünü hesabatı qəbul edən və baratları ödəyən işçilər imzaları ilə təsdiqləyirlər.




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin